Icma.az
close
up
RU
Putin Rusiyasını ifşa edən Pis ruslar kitabı nəşr olunub

Putin Rusiyasını ifşa edən Pis ruslar kitabı nəşr olunub

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Rusiya və İsrail vətəndaşı, 1976-cı ilin 23 yanvarında Moskva şəhərində doğulmuş jurnalist, kino tənqidçisi, radio aparıcısı və yazar Anton Dolinin "Pis ruslar" kitabı "Maarifçi" xüsusi mükafatını alıb.
Reyting.az
"Meduza" nəşrinə istinadla bildirir ki, Anton Dolinin müasir Rusiyadan, son illər bu ölkədə baş verənlərdən, ümumilikdə Putin rejiminin fəsadlarından bəhs edən və "Pis ruslar. "Qardaş"-dan "Oğlan vədi" kinosuna qədər" adlanan elmi-publisist janrda yazdığı yeni kitab Almaniyada, "Meduza" nəşriyyatının mətbəəsində çap olunub.
"Maarifçi" mükafatının yaradılmasının ilk təşəbbüskarı özlərini Putinin əleyhdarları hesab edən müxalif düşüncəli, həmçinin azad və ədalətli Rusiya carçıları sayan "PolitProsvet" təşkilatı olub.
Qeyd edək ki, Dolinin müəllifi olduğu bu kitaba verilən mükafat həm də "PolitProsvet"-in bir müddət əvvəl təsis etdiyi xüsusi mükafat kateqoriyasına aid olan bir ödüldür. Bu barədə 2024-cü ilin 21 noyabrında mükafatın saytında geniş məlumat verilib.
"Pis ruslar" kino tənqidçisi A. Dolinin Putinizm ideologiyasını əks etdirən, eləcə də bütün bunları cəmiyyətə olduğu kimi çatdıran blokbasterlər haqqında maraqlı bir kitabıdır.
"Maarifçi" mükafatı "VimpelCom" şirkəti, onun təsisçisi və fəxri prezidenti seçilmiş Dmitri Zimin, həm də Qeyri-Kommersiya Proqramları üçün yaradılmış, fəaliyyətini Rusiya xaricində davam etdirən "Dynasty Foundation" tərəfindən 2008-ci ildə təsis olunub. Bu kitab mükafatı rus dilində ən yaxşı elmi-populyar əsərə verilir.
Xatırladaq ki, 2024-cü ildən səsvermə ilə bu kitab mükafatının münsiflər heyətinə rusiyalı tanınmış tənqidçi, ictimai xadim Aleksandr Arxangelski başçılıq edir.

Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://reyting.az
archiveBu xəbər 22 Noyabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri