Putin Şimali Koreya ilə hərtərəfli strateji tərəfdaşlıq müqaviləsini ratifikasiya edib
Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası barədə qanunu imzalayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, sənəd dərc edilib.
Müqavilə 2024-cü il iyunun 19-da paytaxt Pxenyanda imzalanıb və oktyabrın 15-də Putin tərəfindən ratifikasiya üçün Dövlət Dumasına təqdim edilib. Müqavilənin preambulasına görə, sənəd RF və KXDR xalqlarının fundamental maraqlarına cavab verir və "sülhün, regional və qlobal təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verir".
Müqavilə, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, tərəflərdən biri silahlı hücuma məruz qaldığı təqdirdə dərhal hərbi və digər yardımın göstərilməsini nəzərdə tutur. Bundan əlavə, onlar digər tərəfin suverenliyi, təhlükəsizliyi, ərazi toxunulmazlığı, siyasi, sosial, iqtisadi və mədəni sistemlərin azad seçimi və inkişafı hüququna qarşı yönəlmiş üçüncü dövlətlərlə sazişlər bağlamamağı öhdələrinə götürürlər.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 10 Noyabr 2024 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















