Icma.az
close
up
RU
Putin Təhlükəsizlik Şurasını topladı, dünyanı qorxuya salan tapşırıq verdi Nüvə sınaqları ilə bağlı

Putin Təhlükəsizlik Şurasını topladı, dünyanı qorxuya salan tapşırıq verdi Nüvə sınaqları ilə bağlı

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvlərinin iştirakı ilə noyabrın 5-də iclas keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iclasda Rusiya müdafiə naziri Andrey Belousov, Baş Qərargah rəisi Valeri Gerasimov, Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəisi Sergey Narışkin, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov iştirak ediblər.

Görüşün əvvəlində ABŞ-ın nüvə sınaqlarına başlamaq planları müzakirə edilib. Putin rəsmiləri dinləyib.

Daha sonra çıxış edən Putin  Rusiyanın Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinə sadiq qaldığını bir daha təkrarlayb: "2023-cü ildə Federal Məclisə etdiyim müraciətdə bildirmişdim ki, əgər ABŞ və ya digər müqavilə tərəfləri nüvə sınaqları keçirərsə, Rusiya cavab verməyə məcbur olacaq. Bu kontekstdə Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, kəşfiyyat xidmətlərinə və müvafiq mülki qurumlara bu məsələ ilə bağlı əlavə məlumat toplamağı, Təhlükəsizlik Şurası səviyyəsində təhlillər aparmağı və nüvə silahı sınaqlarına hazırlıq işlərinə başlamaq üçün təkliflər təqdim etməyi tapşırıram."

Rusiya müdafiə naziri Andrey Belousov isə tapşırığa cavabda bildirib ki, ABŞ strateji silahlarını sürətlə modernləşdirir və bu baxımdan yeni raket sistemlərinin hazırlanması üzərində işləyirlər: "Vaşinqton "Qızıl Günbəz" strateji raketdən müdafiə sisteminin yaradılması planını həyata keçirir. Unutmayaq ki, ABŞ əvvəllər Ballistik Raket Əleyhinə Müqavilədən, Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən və Açıq Səma Müqaviləsindən çıxıb. Buna görə də ABŞ qlobal strateji sabitlik sistemini sarsıtmaq üçün nüvə sınaqlarına qoyulan qadağadan imtinası böyük ehtimalla gerçəkləşəcək. ABŞ-ın nüvə sınaqları keçirmək planları Rusiya üçün hərbi təhlükə səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Ölkəmizin təhlükəsizliyini təmin etmək üçün hər vəziyyətdə düşmənə zərər verə biləcək nüvə potensialımızı gücləndirməliyik. Buna görə də, tammiqyaslı nüvə sınaqlarına dərhal hazırlıqlara başlamağın məqsədəuyğun olduğunu düşünürəm."

Nazir Belousov əlavəe dib ki, Rusiyanın "Novaya Zemlya" arxipelaqındakı poliqondakı qüvvələri nüvə sınaqlarına hazırdır.

Daha sonra Rusiya Baş Qərargah rəisi Gerasimov da nüvə sınaqlarına başlamağı vacib sayıb. 

Samir MUSAYEV
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://mia.az
archiveBu xəbər 06 Noyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see195

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see176

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see155

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see147

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see137

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri