Icma.az
close
up
RU
Putin Trampa başqa seçim qoymadı

Putin Trampa başqa seçim qoymadı

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident Donald Tramp bir gün əvvəl Moskva və Vaşinqtonun 50 gün ərzində Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gəlməyəcəyi təqdirdə, ABŞ-ın Rusiya və onun ticarət tərəfdaşlarına təxminən 100% idxal rüsumları tətbiq edəcəyini bildirib. 

Modern.az xəbər verir ki, məsələni şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Kreml 50 gündən sonra nələrin baş verəcəyi üzərində düşünmək məcburiyyətindədir:

"ABŞ Prezidenti Donald Trampın Rusiyaya Ukrayna ilə atəşkəsə razılaşmaq üçün 50 gün vaxt verməsi müxtəlif cür şərh edilir. Bir qisim hesab edir ki, bunun Rusiya üçün ağır nəticələri olacaq. Çünki əgər 50 gün ərzində anlaşma olmasa, ABŞ Rusiyaya sərt gömrük qiymətləri tətbiq edəcək. Trampın rusiyalı həmkarı Vladimir Putindən çox məyus olduğu fikri də xatırladılır. Digərləri isə hesab edir ki, 50 gündən sonra da ciddi nəsə baş verməyəcək. Kreml sanksiyalardan çəkinmir. Əksinə, Rusiya 50 gün ərzində Ukraynanı daha intensiv şəkildə bombalayacaq. Bəzi hesablamalara görə, Rusiya 50 gün ərzində Ukrayna ərazisinə 25 mindən çox dron və raket zərbəsi endirə bilər.

Buna baxmayaraq, Kreml 50 gündən sonra nələrin baş verəcəyi üzərində düşünmək məcburiyyətindədir. Əlbəttə, Putin Trampla münasibətləri gərginləşdirmək istəmir, ancaq Kreml sahibinin hədəflərinə çatmayana qədər müharibəni dayandırmaq fikri də yoxdur. Putin isə bu yay hədəflərinə çata bilməyəcək. Rusiya ordusu Ukraynada işğal ərazisini nisbətən genişləndirsə də, 4 bölgənin (Donetsk, Luqansk, Zaporojye və Xerson) administrativ sərhədlərinə çıxa bilməyib. Demək ki, müharibə ən azı ilin sonuna qədər davam edəcək. Putin müharibəyə fasilə verməmək üçün atəşkəsə razılaşmır. Atəşkəsin uzanması Putinə işğal ərazisini genişləndirməyə imkan verməyəcək. Ona görə də Putin Trampla münasibətlərin korlanmasına hazırlaşmalıdır. Putin başda olmaqla Rusiya rəsmilərinin Tramp barədə fikirlərini 180 dərəcə dəyişmələri asan olmayacaq. Putin Trampa Rusiyaya qarşı siyasətini sərtləşdirməkdən başqa seçim qoymadı".

Politoloq vurğulayıb ki, Kreml Pekinin dəstəyinə ümidlidir:

"Tramp Rusiya ilə enerji sahəsində əməkdaşlıq edən ölkələrə qarşı da sanksiyalar tətbiq edəcəyini açıqlayıb. Rusiyanın enerji sahəsində əsas tərəfdaşı Çindir. “The Telegraph” nəşrində yayımlanan məqalədə Çinin Trampın hədələrindən çəkinməyərək Rusiyadan neft, qaz və digər mineral resurslar almaqda davam edəcəyi yazılıb. Məqalədə Pekinin Kremlə daha dərin dəstək verəcəyi bildirilib. Hazırda Vaşinqtonla Pekin arasında ticarət sahəsində danışıqlar davam edir. Çin ABŞ-la ticarət müharibəsində maraqlı deyil. Buna baxmayaraq, Çin Rusiya ilə enerji sahəsində əməkdaşlığını davam etdirərsə, Vaşinqton Pekinə qarşı sərt tədbirlər həyata keçirəcək. Bu iki ölkə arasında ticarət sazişinin üstündən xətt çəkəcək.

Beləliklə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi kənar ölkələr arasındakı münasibətlərə də mənfi təsir edir. Putinin atəşkəsə razılaşmaması Vaşinqtonu Çinə qarşı sanksiya tətbiqinə sövq edəcək. Putin bəlkə də bununla ABŞ-Çin münasibətlərinin gərginləşməsində maraqlıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyul 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see296

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see258

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see256

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see250

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see247

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see232

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see217

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see212

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see194

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see187

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see173

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see169

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri