Icma.az
close
up
RU
Putinin Budapeşt görüşü ləğv edildi, Bakıya zəng etdi

Putinin Budapeşt görüşü ləğv edildi, Bakıya zəng etdi

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Putinin Əliyevə zəngində “niyə indi” sualı xüsusilə diqqət çəkir. Rusiya tərəfinin Düşənbə görüşündən sonra yüksək səviyyədə təmasları bərpa etmək niyyəti aydındır, lakin bu zəngin indi edilməsi Moskvanın məqsədinə dair müəyyən təxminlər yaradır.

Bakupost.az xəbər verir ki, bu barədə politoloq Asir Nərimanlı qeyd edib.

“Birincisi, Əliyevin Qazaxıstan səfərindən qaynaqlanan amildir.

Prezident İlham Əliyevin Tokayevlə görüşündə AZAL təyyarəsinin vurulması ilə bağlı istintaqın da müzakirə edildiyi istisna edilməməlidir. Səfərdən sonra Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevin “təyyarənin qəzaya uğraması ilə bağlı istintaq yeni ildən sonra ictimaiyyətə açıqlana bilər” sözləri də bu ehtimalı gücləndirir. Düşənbə görüşündə Rusiya tərəfi Azərbaycanın tələblərini tam qəbul etsə də, Putin istintaqın nəticələrini izlədiklərini də bildirdi. Daha öncə Rusiyanın istintaqın gedişinə müdaxilə etməyə çalışdığını nəzərə alsaq, analoji halın baş verməyəcəyi zəmanəti yoxdur, bu baxımdan, Bakı Moskvanın vədini qəbul etsə belə, istintaqın ədalətli aparılması məsələsində Astana ilə təmasları da sıxlaşdırıb. Görünür, Moskvada Düşənbədə verilən vədlərə - kompensasiyanın ödənilməsi və günahkarların cəzalandırılacağı məsələsinə sadiq olduqlarını Bakıya çatdırmaq zərurətini hiss ediblər. Liderlərin “Düşənbədə keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirəm etməsinə” bu kontekstdə baxa bilərik.

İkincisi, Rusiyanın Cənubi Qafqazda mövqelərini qorumaq ehtiyacı daha da aktuallaşıb;

Putinin Əliyevə zəngi Trampla baş tutmayan görüşü və ABŞ-ın Rusiyaya qarşı enerji sanksiyaları fonunda reallaşır. Bu situasiyada Rusiya bir tərəfdən Ukraynadakı müharibədə üstünlük qazanmaq uğrunda mübarizə aparmalı, digər tərəfdən, müxtəlif coğrafiyalarda, xüsusilə postsovet məkanında mövqelərini qorumalı olacaq. Cənubi Qafqaz ən önəməli region hesab oluna bilər.

- TRİPP layihəsi ilə Zəngəzur dəhlizinə nəzarət imkanı əldə edən ABŞ regionda praktiki üstünlük imkanı qazanıb;

- Rusiya bu reallıq çərçivəsində regioal kommunikasiyalarda yer almağı, xüsusilə Şimal-Cənubi nəqliyyat lahihəsinin Cənubi Qafqaz keçidinin perspektivlərinə yarana biləcək riskləri aradan qaldırmağı prioritet istiqamət kimi seçir;

Bu məsələləri Azərbaycanla müzakirə etmək və Bakı ilə münasibətlərin normallaşmasını inkişaf etdirmək zərurəti var.

Putinin zəngi Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə qarşı dövlətə xəyanət ittihamı ilə açılan cinayət işi fonunda da qiymətləndirilə bilər. Bu müzakirələr Azərbaycan ictimaiyyətində onsuz da müsbət qarşılanmayan Rusiyaya qarşı əhval-ruhiyyəni ikiqat pisləşdirib. Putinin zəngində Mehdiyev məsələsi müzakirə mövzusu deyil, lakin Moskva Azərbaycanla ikitərəfli münasibətləri liderlər səviyyəsində gündəmə gətirməklə ictimai rəyə müsbət impulslar ötürmək gedişi edir”, - politoloq vurğulayıb.

Asena,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Oktyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri