Icma.az
close
up
RU
Qaçış zamanı yaralanmalar… Xəsarət almamaq üçün nə etməliyik?

Qaçış zamanı yaralanmalar… Xəsarət almamaq üçün nə etməliyik?

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Sağlam olmaq və sağlam həyat tərzi yaşamaq bir çoxlarının arzusu və məqsədidir.

Ancaq bəzən sağlam olmaq istəyilə fərqinə varmadan özümüzə zərər verə bilirik. Sağlam həyat tərzinin ən əsas amillərindən olan idman və idmanın ən çox tətbiq olunan növü – qaçış zamanı da bilmədən orqanizmimizə zərər verə bilərik. Belə ki, qaçış zamanı sadə qaydalara əməl etməyi gözardına vurmaq hətta yerimək qabiliyyətini də itirməyə səbəb ola bilər. Bəs qaçışda ən çox qarşılaşılan problemlər hansılardır? Xəsarət almamaq üçün nələrə diqqət etməliyik?

Qaçış yaralanmaları özünü həddən artıq gücə salan professional idmançılardan tutmuş qaçmağa yeni başlayan və əzələləri hələ buna hazır olmayan həvəskarlara qədər hər kəsə təsir edə bilər. Ən çox qarşılaşılan 5 idman yaralanmasına dair vacib məqamlar barədə məlumat verən ayaq və ayaq biləyi cərrahiyyəsi mütəxəssisi, op. dr. Selim Muğrabi yaralanma zamanı edilməsi labüd olanlar,  qorunma yolları və düzgün ayaqqabı seçimi barədə fikirlərini açıqlayıb. Muğrabinin fikrincə,  yaralanmaq əslində bədənin istirahət etməsi üçün bir şansdır. Səbirli olmaq isə müalicənin uğuru deməkdir. Bu səbəblə də ağrınız tamamilə keçmədən qaçışa və ya gəzintiyə çıxmamağınız məsləhət görülür.

Ən çox rastlanan qaçış və gəzinti yaralanmaları

1. Diz – ağrı varsa, qaçmayın

Cəmiyyətdə tez-tez rast gəlinən diz ağrısının diz qapağı altında şişkinlik kimi fərqli səbəbləri ola bilər. Bu problem ən çox atletlərdə müşahidə olunur. Qaçış zamanı dizin ön tərəfində, ətrafında və ya arxa hissəsində ağrı meydana gəlir. Ağrı kəskin və şiddətli hiss edilə bildiyi kimi, sızıntı şəklində də ola bilər. Bu problemi aradan qaldırmaq üçün ilk edilməsi lazım olan evdə rahatlama məşqləri və buz terapiyasıdır (gündə bir neçə dəfə 20 dəqiqə dizin ağrıyan hissəsinə buz terapiyasının tətbiqi və bu zaman buzun birbaşa dəriyə təmas etdirilməməsi lazımdır). Rahatlama məşqləri üçün ağrıyan dizin üstündə qalacaq şəkildə uzanmaq, sonra əllə ayaq arxada və dizlər bir-birinə dəyəcək halda tutulub ən az 45 dəqiqə dartılmaq lazımdır. Bu hərəkət gündə 6 dəfə təkrarlanmalıdır. Əgər ağrınız şiddətlidirsə və diziniz şişibsə, ailə həkiminə müraciət etmək, diz ağrısı şiddətli deyilsə və bir həftədən artıq bir müddətdə keçməyibsə, qaçışa son verib ortopedə müraciət etmək məsləhət görülür.

2. Aşil – ayaq biləyinin arxasında ağrı və şişmə var

Aşil tendonu - ayaq biləyinin arxasında yerləşən sərt, elastik və əzələni sümüyə birləşdirən bir bağdır. Müntəzəm qaçış zaman keçdikcə tendonun aşınmasına səbəb olduğu üçün ayaq biləyinin və ya topuğun arxasında ağrı əmələ gələ bilər. Aşil tendonunda yumru hiss edilən bölgəyə buz tətbiqi faydalıdır. Bu nöqtədə ayaqqabılara topuq dəstəyi qoymaq məqsədəuyğun ola bilər. 3-4 həftə ərzində keçməyən aşil ağrısında ortopedə müraciət etmək lazımdır. Ağrınız kəskin və qəflətən baş verirsə, bu, aşil tendonunuz yırtılmasının əlamətidir.

3. Qaval sümüyü  - 3 həftədə yaxşılaşma baş vermirsə, ortopedə gedin

Qaval sümüyü ağrısı ön ayaqda, dizin altında müşahidə edilir. Atletlər bu problemi yaşasalar da, tez-tez qaval sümüklərində xoşagəlməz ağrı hiss etdiklərini, lakin qaçmağa davam etdiklərini deyirlər. Bu yanlış hərəkət ağrını artıraraq qaçmağa çətinlik yaradır. Ağrı ilk bir neçə gün nizamlı fasilələrlə buz tətbiqi ilə azaldıla bilər. Əgər həmin hissə şişibsə və ağrı şiddətlidirsə, həmçinin 2-3 həftə ərzində yaxşılaşma yoxdursa, ortopedə müraciət etmək, qaçışa isə 2-3 həftə fasilə vermək məsləhət görülür.

4. Topuq – topuğunuza kəskin bir şey batırmış kimi hissiyyat var

Ani şəkildə qaçmaq, yoxuş yuxarı qaçmaq, geyilən ayaqqabının yetərincə dəstəkləyici olmaması, yorğunluq topuq və ya ayaq dabanında ağrı və şişkinliyin hiss edilməsinə səbəb ola bilər. Tibbi adı plantar fasid olan bu xəstəlik topuq ağrısı olduğu zaman meydana gəlir. Topuğa kəskin bir şey batırmış və ya iti daşların üzərində gəzirmiş kimi hiss verən hallarda ilk öncə həmin hissəyə buz tətbiq etmək lazımdır. Sonra kiçik bir şüşədə suyu dondurub yerə qoyaraq ayağın altında 20 dəqiqə ərzində yuvarlamaq da faydalı ola bilər. Topuq ağrısının aradan qaldırılmasına yardımçı ola biləcək bəzi dartılma hərəkətləri də var. Əgər topuğunuzda və ya ayağınızın altındakı bölgədə ağır şişmə varsa, vaxt itirmədən həkimə getməyiniz və qaçışı dayandırmağınız gərəkdir. Erkən müalicə edilərsə, ağrı 2-3 həftədə aradan qalxa bilər.

5. Əzələ dartılması – diz arxasında və ya baldır əzələlərində gərginlik əmələ gəlir

Qaçışla bağlı ən çox qarşılaşılan dartılmalar dizin arxasındakı əzələlərdə və ya baldır əzələlərində meydana gəlir və ən çox qaçmağa yeni başlayanlara təsir edir. Əzələ dartılması ağrısı sanki diz arxasındakı əzələlərinizi və ya baldırlarınızı təpikləyirlərmiş kimi hiss verir. Dartılmaların çoxu ev şəraitində müalicə olunur. Belə hallarda qaçmağa ara verib gündə bir neçə dəfə 20 dəqiqə fasilələrlə ağrılı bölgəyə buz qoymaq lazımdır. Ayağı yüksəkdə saxlamaq və altına bir yastıq qoymaq da şişkinliyin azaldılmasına yardımçı ola bilər. Dartılmanın aradan qaldırılması və yenidən qaçışa geri dönmək üçün lazım olan müddət problemin ciddiliyindən asılı olaraq 2 həftədən 6 aya qədər davam edə bilər.

Düzgün qaçmaq üçün nə etmək lazımdır?

Düzgün ayaqqabı seçin: Düzgün qaçış ayaqqabısını almaq üçün idman malları mağazasına getmək məsləhətdir. Ayaq quruluşunuza uyğun ayaqqabı tipinizi öyrənmək üçün ilk əvvəl ayağın cərrahi müayinəsi və yerimə analizi aparmağınız lazımdır.

İsinin və rahatlayın: Qaçışa başlamadan öncə münasib şəkildə isinmə hərəkətləri etmək böyük əhəmiyyyət kəsb edir. Qaçışdan əvvəl ardıcıl olaraq 5-10 dəqiqə məşq əzələlərinizi isidərək zədə almasının qarşısını alır. Əzələlərinizi soyutmaq üçün qaçışa daha yüngül şəkildə davam etməyiniz və ya 5-10 dəqiqə gəzməyiniz bədəninizi qaçışdan sonra yaxşılaşdırmağa kömək olur.

Yavaş-yavaş artırın: Qaçış məsafəsini və sıxlığını çox sürətli şəkildə artırmamağınız sağlamlığınız baxımından çox önəmlidir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri