Icma.az
close
up
RU
Qadın futbolçu: “Elə yanaşırlar ki, sanki hər şeyi yalnız oğlanlar edə bilərlər” MÜSAHİBƏ İdman və Biz

Qadın futbolçu: “Elə yanaşırlar ki, sanki hər şeyi yalnız oğlanlar edə bilərlər” MÜSAHİBƏ İdman və Biz

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda qadın futbolu son illərdə inkişaf etməyə başlasa da, ümumilikdə kişi futbolu qədər populyar deyil. Lakin bu sahədə bəzi irəliləyişlər və təşəbbüslər müşahidə olunur. Eyni zamanda son illərdə görülən işlər və artan dəstək bu sahənin gələcəyini ümidverici edir.

Azərbaycanda qadın futbolunun inkişafı, bəzən cəmiyyətin və ənənələrin təsiri kimi çətinliklərlə qarşılaşır. Ancaq son illərdə qadınların idman sahələrindəki, xüsusilə futboldakı uğurları sosial stereotipləri pozmağa kömək edir və gənc qızların bu sahəyə olan marağını artırır.

İdman.biz xəbər verir ki, Sumqayit24.az-ın əməkdaşı azərbaycanlı peşəkar idmançı, futbol üzrə Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən “Sumqayıt” klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət U19 millisinin müdafiəçisi Fidan Abışova ilə danışıb.

– Fidan xanım, ilk növbədə özünüz haqqında məlumat verməyinizi istərdim.

– Mən 2006-cı il may ayının 18-də dünyaya göz açmışam. Hazırda Bakı şəhəri, Xətai rayonunun Əhmədli qəsəbəsində yaşayıram.

– Futbolu necə sevdiniz və bu idmanla tanışlığınız necə başladı?

– 2012-ci ildən qardaşım futbolla məşğul olur. Mən də onunla birlikdə futbola baxmağa gedirdim və özüm üçün məşq edirdim. Divarla paslaşırdım. Elə o vaxtlar məşqçi Xanlar Əliyev valideynimə yaxınlaşaraq “bu qızı futbola yazdırın” deyib. O gündən futbola başladım. Mən futbolu çox sevirəm.

– Futbol karyeranıza başlamadan əvvəl hansı idmanla məşğul olurdunuz?

– Futbola başlamamışdan öncə milli rəqslə məşğul olmuşam.

– Futbol üzrə ən böyük motivasiyanız nədir?

– Futbol üzrə ən böyük motivasiyam uğurlarıma ailəmin sevinməyidir. İnsanlar arasında valideynlərimin qızım futbolçudur deyib, qürurlanmaları mənim ən böyük motivasiya qaynağımdır.

– İlk dəfə hansı komandada oynadınız və o anı necə xatırlayırsınız?

– İlk dəfə “Əhmədli Yunayted” komandasında futbola başlamışam. Bayaq vurğuladığım kimi Xanlar müəllimin komandasında olmuşam. O zamanlar çox həyəcanlı idim. Çünki 6 yaşım var idi. Nələrlə üzləşəcəyimi bilmədən maraq olsun deyə getdiyim komandaya indi hazırda həyatımın ən önəmli parçası kimi yanaşıram.

– Futbolçu qız olaraq qarşılaşdığınız ən böyük çətinliklər nədir? Futbolun kişi sənəti olduğunu deyirlər. Hətta bəzən qız nədir, futbol nədir də deyirlər. Bu barədə nə düşünürsünüz?

– Bu sözləri demək olar ki, məndən nə ilə məşğulsan soruşan insanlara futbolçuyam dediyim zaman çox eşidirəm. Cəmiyyətimiz qadın futbolunun Azərbaycanda inkişaf etməsinə mane olub.

Elə yanaşırlar ki, sanki hər şeyi yalnız oğlanlar edə bilərlər, qızlar bacarmaz. Bu da heç doğru fikir deyil. Çünki futbol özü çətin sənətdir. Əgər futbolçu olacaqsansa, hər haqsızlığa, ayrı-seçkiliyə, stressə və ən önəmlisi də zədələrə hazır olmalısan. Amma əgər işini sevərək edirsənsə, bunlar o qədər də gözə görsənmir.

– Ailənizin futbolu seçməyinizə münasibəti necə oldu?

– İlk başlarda maraq üçün qoymuşdular. Sonradan daha çox bağlandığımı görəndə valideynlərim narazı oldular, hətta çıxarmaq istədilər. Məşqlərə və oyunlara getməyə qoymurdular.

O zamanlarda məşqlərimiz mənim oxuduğum məktəbin idman zalında keçirilirdi. Dərsdən gizlin şəkildə çıxaraq, məşqlərə gedirdim. Amma uzun illər sonra razılaşdılar. Hətta getməyimi özləri çox istəyirdilər. Buna səbəb də uğurlarım idi.

– İdman həyatınızda ən böyük uğurunuz nə olub? Futbolun təkcə fiziki deyil, eyni zamanda zehni tərəfi haqqında nə düşünürsünüz?

– İdman həyatımda məncə ən böyük uğurum Milli karyeram olub. Eyni zamanda Azərbaycanın ən yaxşı komandalarından olan Sumqayıt komandasında olmağımdır.

– Karyeranızda hansı məşqçi və ya futbolçu sizin üçün örnək olub?

– Futbol karyeramda demək olar bütün məşqçilərim yaxşı olub. Amma ilk məşqçim Xanlar Əliyevin əziyyətini illər keçsə də itirə bilmərəm. Bu gün qadın futbolunda olmağımın səbəbkarı odur.

– Sizin fikrinizcə, futbol sahəsində qadınların rolunun artması üçün hansı addımlar atılmalıdır?

– Məncə qadın futbolunda qadınların rolunun artmasına səbəb ancaq maliyyə ola bilər. Bu reallıqdır. Tək bununla təbii ki, bitmir. Sadəcə əsas nüansa toxunmaq istədim.

– Gələcəkdə milli komanda və ya xarici klublarda oynamaq kimi hədəfləriniz varmı?

– Təbi ki var. Bu, hər bir futbolçunun xəyalıdır. Amma xəyal olaraq qalmaması üçün çox çalışmaq lazımdır. Milli komanda üzvü olmuşam. İndi sıra xarici klubdur. Mən özümə güvənirəm ki, bu da olacaq.

– Futbolu və şəxsi həyatınızı necə balanslaşdırırsınız?

– Şəxsi həyatımla futbol arasında heç bir çətinlik çəkmirəm. Çünki öncəliyim futboldur.

– Futbolun qadınlar arasında daha çox yayılması üçün nə etməliyik?

– Oğlan futbolunu cəmiyyət arasında necə tanıdırıqsa, qadın futbolunda da inkişaf etdirməliyik.

– Komanda yoldaşlarınızla olan münasibətlərinizi necə dəyərləndirirsiniz?

– Hazırda komanda yoldaşlarımla ünsiyyətim yaxşıdır. Sadəcə komanda yoldaşı olaraq münasibətimiz var.

– Futbol karyeranızı bitirdikdən sonra hansı sahədə fəaliyyət göstərmək istərdiniz?

– Futbol karyeramı bitirmək istəmərəm. Ancaq elə bir şey olsa, oxuduğum sahə, yəni turizm üzrə işləmək istəyərəm.

– Gələcəkdə futbol sahəsində hansı yenilikləri görmək istəyirsiniz?

– Daha çox tanınmaq, legioner oyunçularımızı görmək, qalibiyyət və çox uğur..

– Milli komanda ilə bağlı danışa bilərsiniz? “Sumqayıt” klubundakı şərait necədir?

– Hazırda A milli komandamızdan danışmaq istərdim. Son zamanlar çox uğur qazanıblar. Bu da U19, U17, U15 milli komandalarına, hətta klublara çox müsbət təsir göstərir. İnşallah ki, davamlı olar. Sumqayıt komandasında şərait normaldır.

– Əlavə olaraq nələr ilə məşğulsunuz?

– Əlavə olaraq badminton milli komandasında çıxış etmişəm. Bu idman növü ilə dörd il məşğul olmuşam. Modellik və aktyorluq sahəsində də üç il çıxış etmişəm. Bu sahədə bir çox kinolarda yer almışam.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Yanvar 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri