Icma.az
close
up
RU
Qadınlar bir birinə sözdə yox, əməldə dəstək olmalıdır QHT sədri ilə MÜSAHİBƏ

Qadınlar bir birinə sözdə yox, əməldə dəstək olmalıdır QHT sədri ilə MÜSAHİBƏ

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan qadınının cəmiyyətdəki rolu və müxtəlif sahələrdə inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyi bu sahədə ardıcıl addımlar ataraq qadınların ictimai fəallığının artırılmasına, onların iqtisadiyyatda, elmdə, mədəniyyətdə və digər sahələrdə təmsilçiliyinin güclənməsinə xüsusi önəm verir. 25 Aprel - Sahibkarlar Günü ərəfəsindəyik və son illər bu istiqamətdə ciddi canlanma müşahidə olunur. Vaxtaşırı qadın sahibkarlığının durumu ilə bağlı çıxışkar edən "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, ictimai xadim, Tərəqqi medallı Zərifə Quliyeva ilə sözü gedən sahədə vəziyyət, mövcud çağırışlar və imkanlar barədə ətraflı söhbətləşdik. Müsahibimiz öz müşahidə və fikirlərini bölüşərək, bu sahədəki mövcud vəziyyətə, uğurlara və qayğılara toxundu.
- Zərifə xanım, Azərbaycan qadınının müxtəlif sahələrdə inkişafı, cəmiyyətdə rolunun artması dövlətin siyasətinin prioritet istiqamətidir. Məlum olduğu kimi, bununla bağlı qadınlar hər zaman Prezident və Birinci vitse prezidentin xüsusi diqqət və qayğısını hiss edir. Sizin fikrinizcə, bu gün Azərbaycan qadını inkişafının hansı mərhələsindədir?

- Öncə qeyd etmək istərdim ki, Azərbaycan qadınının müxtəlif sahələrdə öz potensialını realizə etməsi, qadının cəmiyyətdə rolu və nüfuzunun artması birmənalı şəkildə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün həmin siyasət uğurla davam etdirilir. Əlbəttə, qadın inkişafı, qadın hüquqlarının qorunması müstəqil dövlətimizin siyasətinin əsas piroritetlərindən biridir.
Bununla bağlı hər birimiz həyatımızda möhtərəm prezidentimiz İlham Əliyev, Birinci vitse prezidentimiz Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısını görürük. Xüsusilə 2003-cü ildən sonra gender bərabərliyinin təmin olunması məqsədilə ciddi islahatlar aparılıb, milli qanunvericilik təkmilləşdirilib. 2006-cı ildə Milli Məclis "Gender bərabərliyinin təminatları haqqında" qanunu qəbul etdi. Bu gün də təkmilləşməyə ehtiyac olduğu halda qanunvericilik aktlarına əlavə və dəyişikliklər də edilir. Bütün bunlar Azərbaycan xanımlarının ölkənin sosial, iqtisadi, ictimai-siyasi həyatında rolunun artmasını tənzimləyən faktor rolunda çıxış edir, Azərbaycan vətəndaşının, Azərbaycan qadınının hüquqlarını qoruyur, inkişafına şərait yaradır.

- Zərifə xanım Azərbaycan qadınları əsasən bacarıqlı, işgüzar və zəhmətkeşdir. Biz 25 aprel "Sahibkarlar günü" ərəfəsində görüşürük. Siz də əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olmusunuz. Qadın sahibkarlığının inkişafı ilə bağlı fikirləriniz də maraqlıdır, nə düşünürsünüz?

- Öncə mənə verdiyiniz fürsətdən istifadə edərək, bütün sahibkar xanımlarımızı təbrik edir, onlara ruh yüksəkliyi, bitib-tükənməyən enerji, davamlı uğurlar arzulayıram. Əlbəttə, onların uğurları və nailiyyətləri cəmiyyətimiz üçün dəyərli bir töhfədir. Az öncə dediyim kimi, sahibkarlığın inkişafı üçün dövlət, dövlət başçısı tərəfindən hərtərəfli şərait yaradılıb. Bu gün Azərbaycanın iqtisadi inkişafı birbaşa cənab Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir. Sevindiricidir ki, qadınlar, sahibkar xanımlar bu inkişafın bir parçasına çevriliblər. Dövlət rəhbərliyi tərəfindən qadın sahibkarlığının inkişafı üçün illərdir ki, müxtəlif təşəbbüs və proqramlar həyata keçirilir. Düşünürəm ki, yaradılan şəraitdən maksimum yararlanmaq artıq fərdin ətrafına və dövlətinə faydalı olmaq baxımından öz məsuliyyətini dərk etməsinə bağlıdır. Qadın unutmamalıdır ki, o harda varsa, orda zəhmət var, fədakarlıq var. Zəhmət varsa yüksəliş, uğur da var. Əlbəttə, qadınların statuslarının günü-gündən artması sevindiricidir. Danılmazdır ki, ölkəmizdə kifayət qədər bacarıqlı, məsuliyyətli, işgüzar sahibkar xanımlar və onların yüksək göstəriciləri var. Paytaxtda və bölgələrdə çalışan, quran, yaradan sahibkar xanımlar dövlət və cəmiyyət qarşısında məsuliyyət daşıyır, ətrafına və gənclərə nümunədir.

- Yeri gəlmişkən, sahibkar qadınlara dəstək olmaq üçün vətəndaş cəmiyyətinin fəaliyyəti də müşahidə olunur. Bu məqsədlə yaranan ictimai birliklər, assosiasiyalar bölgələrdə qadın sahibkarların maarifləndirilməsinə dəstək verə bilirlərmi?

- Öncə deməliyəm ki, QHT Agentliyinin fəaliyyətini müsbət qiymətləndirirəm. Birincisi, ona görə ki, Agentlik təklif edilən layihələrə ədalətlə, doğru-düzgün yanaşır. Digər tərəfdən cəmiyyətin və QHT-lərin inkişafı naminə ən müxtəlif sahələri əhatə edən layihələrə dəstək olur. O cümlədən də qeyd etdiyiniz kimi, sahibkar qadınlara dəstək olmaq üçün QHT-lər fəaliyyət göstərir. Bu qəbildən çalışmalı olan bəzi QHT-lər fəaliyyəti ilə daha çox paytaxta fokuslanıb. Daha çox səhər yeməyi, partilər, bayram tədbirləri ilə gündəmə gəlirlər. Bölgələrdə isə məhz qadın sahibkarlığının inkişafına yönəli proqramlar dövlət qurumları tətəfindən həyata keçirilir. Rayonlarda, kəndlərdə sahibkarlıqla məşğul olan qadınlara İqtisadiyyat nazirliyi, KOBİA kimi dövlət qurumlar dəstək göstərir. Amma QHT və Assosiasiyalara gəlincə, hesab edirəm ki, bölgələrlə bağlı fəaiyyətləri qənaətbəxş deyil. Diqqət etdikdə sahibkar qadınların daha çox Bakıda fəaliyyət göstərdiyini, xarici ölkələrdəki toplantılarda eyni şəxslərin iştirakını görürük. Bu sahədə fəaliyyət göstərən QHT-lər qadın inkişafı, qadın sahibkarlığı ilə bağlı yetərli maarifləndirmə proqramları həyata keçirsəydilər, yəqin ki, rayonlarda, kəndlərdə qadın sahibkarların uğurları daha çox gözə çarpardı. Və ya rayon və kəndlərdə sahibkarlıqla məşğul olan xanımların arasında bağlar qurmaq, müsbət rəqabət mühiti yaratmaq, tanıtım layihələri ilə onların cəmiyyətə təqdimatı, tanıdılması, doğru nümunələrin təbliği digərləri üçün motivasiya, uğur hekayəsinin başlanğıcı ola bilər. Sürətlə dəyişən, yenilənən zamanda maarifləmdirmə proqramları ciddi önəm daşıyır. Bu baxımdan qadın sahibkarlığı ilə bağlı çalışan QHT-lərin üzərinə məsuliyyət və öhdəlik düşür.

- Xüsusilə son illər QHT-lərdən başqa müxtəlif qadın cəmiyyətlərinin, qadın platformalarının fəaliyyəti də diqqət çəkir. Ümumilikdə ürək açan nəticələrə nail olmaq üçün qadınların üzərinə düşən məsuliyyət nədən ibarətdir?

- İlk olaraq qadın birliyi, qadın əməkdaşlığı önəmlidir. Qadın platformalarının uğurlu fəaliyyəti birgə əməkdaşlıqda və bu fəaliyyətin gücləndirilməsində özünü göstərə bilər. Məqsəd sadəcə yemək masası ətrafında bir araya gəlib, şəkil çəkdirmək yox, yerlərdə dövlətin siyasətinə dəstək olalıdır. Əgər təkrarçılıq, durğunluq varsa, fəaliyyət passivləşibsə, cavan kadrlara, bacarıqlı, potensiallı daha gənc xanımlara etimad göstərməkdən qorxmaq lazım deyil. Şıq geyim, yemək masaları, müxtəlif adlar altında pul toplamaqla, qısqanc yanaşmalarla platformalar irəli getməz. Qadınlar bir-birinə sözdə yox, əməldə dəstək olmalıdır. Əməl isə özündən gənc, güclü və zəif gördüyün bütün xanımlara təmənnasız qapı aça bilməkdir. Qısacası, platforma rəhbəri nə zaman öz cinsinin nümayəndələrinə, qadınlara maneə yox dəstək olacaqsa, nəticələr o zaman daha ürəkaçan olacaq./olaylar.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Aprel 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri