Icma.az
close
up
RU
Qadınlar niyə daha uzunömürlü olur? Elm sübut etdi

Qadınlar niyə daha uzunömürlü olur? Elm sübut etdi

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Qadınların kişilərlə müqayisədə daha uzun yaşadığı artıq hər kəsə məlum faktdır. Bütün dünyada ölkələrində vəziyyət eynidir – qadınlar orta hesabla daha uzun ömür sürür, kişilər isə adətən daha erkən yaşda dünyasını dəyişir. Lakin bu fərqin arxasında duran səbəb uzun müddət sirr olaraq qalmışdı.

Bakupost.az xəbər verir ki, Almaniyanın “Maks Plank Təkamül Antropologiyası İnstitutu”nun alimləri bu sualın cavabını təkamülün əsaslarında tapıblar.
Yeni araşdırmaya əsasən, qadınların daha uzun yaşamasının səbəbi təkamüllə bağlı bioloji fərqlilikdən qaynaqlanır. Alimlər 1100-dən çox məməli və quş növünə dair məlumatları təhlil edərək diqqətçəkən nəticələrə gəliblər. Məməlilərin 72%-ində dişilər erkəklərdən daha uzunömürlüdür, quş növlərində isə vəziyyət əksinədir: adətən erkək quşlar daha uzun yaşayır.
Bu fərqin əsasını “heteroqametik cinsiyyət hipotezi” adlanan bioloji hadisə təşkil edir. Araşdırmaya görə, iki fərqli cinsiyyət xromosomuna sahib canlılar zərərli genetik mutasiyalara qarşı daha həssasdır. İnsanlarda və digər məməlilərdə bu xüsusiyyət kişilərdə müşahidə olunur, quşlarda isə dişilərdə. Eyni xromosom cütlüyünə sahib fərdlər – məsələn, qadınlar – genetik baxımdan daha dayanıqlı və uzunömürlü olmağa meyllidirlər.
Araşdırma qrupunun baş müəllifi Yohanna Ştark qeyd edib ki, bu nəticə bütün növlərə aid deyil: “Bəzi növlərdə gözlədiyimizdən tam əks nümunələrlə qarşılaşdıq”.
Alimlər bildirirlər ki, həyat müddəti fərqini yalnız genetik səbəblərlə izah etmək mümkün deyil. Növlərin rəqabət formaları, bala baxımı və ətraf mühit şərtləri də bu fərqə təsir göstərir. Araşdırmada həm təbii mühitdə, həm də zooparklarda yaşayan populyasiyaların məlumatları müqayisə olunub.
Xəstəlik, aclıq və ya yırtıcı təhlükəsinin olmadığı nəzarətli şəraitdə belə dişilərin daha uzun yaşadığı müşahidə edilib.
Cavid, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Noyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri