Icma.az
close
up
RU
Qafqazda “Vaşinqton saatı” işə düşür

Qafqazda “Vaşinqton saatı” işə düşür

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sülh üçün son şans və ya Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturası

Bəzən siyasi proseslər bir sənədin üzərində qərarlaşmır. Bəzən bir görüş, bir masa ətrafındakı duruş – bütöv bir regionun konturlarını dəyişə bilər. Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə baş tutan bu görüş belə anlardan biridir. Prezident İlham Əliyevin Ağ evdə qəbul olunması regionun – xüsusilə, Cənubi Qafqazın – diplomatik xəritəsində mühüm dəyişiklikdir. Üstəlik, bu görüş masaya yalnız iki dövlətin münasibətlərini yox, üç onillikdən artıq davam etmiş bir münaqişənin nəticəsini, onun mümkün sülh formulasını, gələcək əməkdaşlıq arxitekturasını da gətirir.

Görüşün əsas predmeti “sülh sənədinin paraflanması” kimi təqdim edilsə də, əslində bu, daha geniş bir siyasi transformasiyanın siqnalıdır. Paraflama – hüquqi baxımdan sənədin ilkin razılaşdırılması deməkdir. Amma bu paraflamanın siyasi mənası daha ağırdır. Sənəd  bir dövrün bağlandığını və yeni siyasi texnologiyanın – postmünaqişə realizminin – meydana çıxdığını göstərir.

Azərbaycanın bu prosesdəki duruşu çoxdan dəyişib. Artıq Bakı özünü təkcə regiondakı hadisələrin tərəfi kimi yox, təminatçısı və memarı kimi təqdim edir. Dövlət başçısı İlham Əliyevin son illərdəki xarici siyasət strategiyası hərbi nəticələri diplomatik məna ilə birləşdirən, hüquqi statusları siyasi reallıqlarla sinxronlaşdıran bir yanaşma üzərində qurulub. Vaşinqtonda Tramp administrasiyası ilə görüş isə bu yanaşmanın beynəlxalq müstəvidə tanındığını və qiymətləndirildiyini sübut edir. Görüşün formatına baxdıqda, ABŞ-ın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Nikol Paşinyan arasında imzalanacaq sənədin qitə və dünya diplomatiyası səviyyəsində bir hadisəyə çevrilmək ehtimalı yüksəkdir.

Əgər bu sənəd imzalanarsa, Ermənistan ilk dəfə olaraq rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanımış olacaq. Təbii ki, bu addım  Qarabağla bağlı iddiaların sonu deməkdir. Siyasi və hüquqi baxımdan isə bu sənəd Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında öz mövqeyini kəskin şəkildə dəyişməsi anlamına gələcək. Yəni Ermənistan ilk dəfə olaraq keçmiş ideoloji arxa planın – “Dağlıq Qarabağ öz müqəddəratını təyin etməlidir” ritorikasının – arxivə göndərildiyini rəsmi şəkildə təsdiqləmiş olacaq. Bu isə təkcə Azərbaycan–Ermənistan münasibətləri deyil, regionun gələcək təhlükəsizlik sistemlərinin inşasında yeni mərhələnin başlanğıcıdır.

Eyni zamanda, Ermənistan daxilində formalaşmış “məğlubiyyət kompleksi” üzərində rasional bir dövlətçilik düşüncəsinin bərqərar olub-olmayacağını da göstərəcək. Ermənistan hökumətinin bu sənədi qəbul etməsi, onun daxili siyasi legitimliyini təhdid edə bilər. Lakin bu risk – əgər qəbul olunarsa – Ermənistanın tarixində ilk dəfə olaraq reallıqla barışma aktına çevriləcək. Bununla da  Ermənistan artıq öz gələcəyini müharibə təbliğatının yox, iqtisadi-sosial modernizasiyanın üzərində qurmağa cəhd edə bilər.

Sənədin mahiyyətinə daxil olan digər iki məsələ isə prosesin daha geniş geosiyasi çərçivəsini ortaya qoyur: ATƏT-in Minsk qrupunun ləğvi və Senatın “Azadlığa dəstək Aktı” na 907-ci düzəlişin aradan qaldırılması. Hər iki məsələ uzun müddət ərzində regionda “status-kvonu qoruyan vasitəçilik inersiyası”nın simvollarına çevrilmişdi.

Minsk Qrupu – nə qədər formal olsa da – Qərbin və Rusiyanın Cənubi Qafqazdakı simvolik razılaşmasının təzahürü idi. Amma 2020-ci il müharibəsi həmin balansı faktiki olaraq dağıtdı. Artıq Bakı bu qrupun tarixə qovuşmasını təkidlə tələb edir. Təsadüfi deyil ki, bu tələb Vaşinqtonda irəli sürülür – Rusiya və Fransanın prosesdən tamamilə kənarlaşdırılması məqsədyönlü və strateji seçimdir. Azərbaycanın bu təşəbbüsü Cənubi Qafqazın “post-Rusiya diplomatiyası”na keçidini simvolizə edir.

Digər məsələ – 907-ci düzəlişin aradan qaldırılması – artıq ABŞ-ın daxili siyasi nizamının Azərbaycanla münasibətlərə yaratdığı süni əngəllərin ləğvi demək olacaq. 907-ci düzəlişin ləğvi Vaşinqtonun Azərbaycanı artıq etibarlı strateji tərəfdaş kimi tanıdığını rəsmi şəkildə elan etməsidir. Burada söhbət təkcə iqtisadi yardımlardan getmir. Söhbət Cənubi Qafqazın enerji, nəqliyyat və təhlükəsizlik sistemlərində Azərbaycanın aparıcı mövqeyinin ABŞ tərəfindən tanınmasından gedir.

Bütün bunlar həm də İran və Rusiyanın diqqətlə izlədiyi, narahatlıq doğuran bir dinamikanın dərinləşməsi deməkdir. İran üçün Zəngəzur dəhlizinin mümkün formalaşması, Rusiyanın isə Cənubi Qafqazda vasitəçilik institutlarından uzaqlaşdırılması strateji zərbə hesab olunur.

Məsələnin digər vacib tərəfi isə ABŞ-ın bu format vasitəsilə Cənubi Qafqazda sabitlik təşəbbüsündə liderlik göstərmək cəhdidir. Xüsusilə, Tramp Administrasiyası bu məsələni yüksək siyasi məsuliyyət və strateji baxışla gündəmə gətirərək, təkcə bir münaqişənin nizamlanmasına deyil, regionda yeni geosiyasi sabitlik modelinin formalaşmasına töhfə verməyə çalışır. Təşəbbüs Azərbaycanın siyasi dairələrində də olduqca müsbət qarşılanır və ABŞ-ın regionda konstruktiv rol oynamaq niyyətinin ciddi göstəricisi kimi dəyərləndirilir.

ABŞ Prezidenti Donald Trampın bu prosesə şəxsən liderlik təşəbbüsü onun tərəflərə real nəticəyə yönəlmiş vasitəçilik modeli təqdim etmək niyyətindən xəbər verir. Məlumdur ki, Tramp Administrasiyası daha əvvəl də Yaxın Şərqdə və Koreya yarımadasında nəticəyə hesablanmış diplomatik təşəbbüslərlə çıxış etmişdi. İndi isə Vaşinqton formatı vasitəsilə Tramp Cənubi Qafqazda da tarixi bir diplomatik mərhələyə imza atmaq imkanına sahibdir.

Əgər bu görüş nəticəsində sülh sənədinin paraflanması baş tutarsa, bu, Donald Tramp üçün beynəlxalq münasibətlər tarixində onun adı ilə bağlanacaq yeni bir presedent olacaq. Mövcud yanaşma, həmçinin ABŞ-ın gələcəkdə regionla əməkdaşlığını daha dərin və institusional əsasda inkişaf etdirməsi üçün önəmli zəmin yaradır. Donald Trampın Cənubi Qafqazda sülh təşəbbüsünü şəxsi siyasi gündəmindən kənar, qlobal liderlik və normativ güc göstərisi kimi ortaya qoyması, onun bu prosesdəki rolunu daha əhəmiyyətli edir. Vaşinqtonun Azərbaycanla strateji dialoq qurmaq istəyi və bu istiqamətdə atdığı konkret addımlar Bakı tərəfindən real tərəfdaşlıq niyyəti kimi qiymətləndirilir.

Prezident İlham Əliyev də bu formatda həm diplomatik üstünlük qazanan, həm də prosesin gündəm qurucusu və reallıq yönləndiricisi kimi çıxış edir. Onun son illərdə formalaşdırdığı “praqmatik suverenlik” modeli – yəni prinsipial mövqeyi taktiki çevikliklə birləşdirən yanaşma – artıq region daxilində normativ xarakter almaqdadır. Bu model nə Rusiyanın orbitinə sığınan, nə də Qərbin diqtəsinə tabe olan klassik periferik dövlət davranışıdır. Azərbaycan öz diplomatik trayektoriyasını müstəqil və çevik geosiyasi məntiq əsasında qurur.

Gələcək perspektivdə isə prosesin davamı daha vacib olacaq. Paraflanacaq sənəd – əgər baş tutarsa – yekun sülh sazişinə qədər olan mərhələdə hüquqi və siyasi presedent rolu oynayacaq. Sənədin ruhu gələcək razılaşmanın şərtlərini müəyyən edəcək. Belə olan halda, Ermənistanın bu sənədi qəbul etməsi onun sonrakı mövqelərinin manevr imkanlarını da məhdudlaşdıracaq. Azərbaycan isə həmin sənədin hüquqi əsaslarını gələcək regional platformaların qurulmasında referens nöqtəsi kimi istifadə edəcək. Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası, nəqliyyat xətləri – bütün bunlar artıq həmin sənədin içində konkret şəkildə əks olunmasa belə, onun hüquqi-fəlsəfi əsasına söykənəcək. 

Digər vacib perspektiv isə, bu prosesin regional təhlükəsizlik arxitekturasının transformasiyasına təsiridir. Əgər paraflanma mərhələsi uğurla keçilərsə və sülh sazişi mərhələsinə yol açılarsa, bu zaman Cənubi Qafqaz regionunda ilk dəfə olaraq lokal münaqişələrdən kənar, dövlətlərarası hüquqi konsensuslara əsaslanan yeni təhlükəsizlik formatı yarana bilər. Məhz bu baxımdan, Azərbaycan–Ermənistan sülhü yalnız Cənubi Qafqazın bütövlükdə gələcəyini müəyyən edən platformadır.

Son olaraq qeyd edilməlidir ki, Qafqazda “Vaşinqton saatı” artıq işə düşüb. Masadakı sənədlərdən çox, səhnəarxası strateji iradə bu prosesə yeni zaman anlayışı gətirir. Regionda mövcud olan siyasi boşluqların real təşəbbüslərlə doldurulduğu mərhələyə çatmışıq. Azərbaycan isə bu saatın mexanizmini quran əsas aktora çevrilib. O, artıq hadisələrin tərkib hissəsi deyil – hadisələrin vaxtını, ritmini və istiqamətini müəyyən edən gücdür.

Şəbnəm ZEYNALOVA, 
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2025 06:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri