“Qalatasaray”ın sabiq vitse prezidenti mərc oyunları ilə bağlı istintaq çərçivəsində saxlanılıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 26 dekabr, AZƏRTAC
Türkiyə futbolunda mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində 14-ü futbolçu olmaqla, 29 nəfər barəsində saxlanma qərarı verilib.
AZƏRTAC xəbər verir ki, həmin şəxslər arasında “Qalatasaray”ın sabiq vitse-prezidenti Erdən Timur da yer alır.
Məhkəmənin qərarına əsasən, şübhəli şəxslərin ifadələrinin alınması və istintaqın genişləndirilməsi məqsədilə əməliyyat tədbirləri davam edir.
Rəsmi mənbələrin verdiyi məlumata görə, əldə edilən sübutlar şübhəli şəxslərin qeyri-qanuni mərc fəaliyyətlərində iştirak etdiklərini göstərir.
Hüquq-mühafizə orqanlarının məlumatında bildirilir ki, 6 şübhəli ötən mövsüm baş tutan “Kasımpaşa”–“Samsunspor” oyununun nəticəsini manipulyasiya etmək ittihamı ilə tutulub.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 26 Dekabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















