Icma.az
close
up
RU
Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırkı sentyabr ayı xalqımız üçün xüsusi önəm daşıyır. Məhz 2023-cü il sentyabr ayının 19-20-də Silahlı Qüvvələrimizin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi əsasında keçirdiyi uğurlu antiterror əməliyyatında qazandığı növbəti parlaq qələbə sayəsində Xankəndidə və digər ərazilərimizdə separatizmin kökünü tamam kəsməklə ölkəmizin tam suverenliyi təmin edilmiş oldu.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat xatırladıb ki, Azərbaycanın şanlı zəfəri ilə başa çatan 44 günlük müharibəyədək ermənilər, necə deyərlər, eyforiyada idilər. Onlar “yenilməz ordu”larına güvənərək hər il sentyabrın 2-də Xankəndidə “Artsax” günü”nu böyük şadyanlıqla qeyd edirdilər.

Milli Məclisin üzvü bildirib ki, Müzəffər Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi 23 saatlıq lokal xarakterli antiterror əməliyyatından sonra isə artıq “Artsax günü” separatçılar üçün qara bayrama çevrilib.

Samir Vəliyev bu günlərdə Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə ifadə etdiyi fikirlərə diqqət çəkib:

“Həmin görüşdə bildirildiyi kimi, 44 günlük müharibədə əldə olunan şanlı Zəfərimizdən sonra dövlətimizin başçısı müxtəlif auditoriyalar qarşısında qətiyyətlə bildirirdi ki, Azərbaycanda separatizmə yer yoxdur. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli və ölkəmizin qanunlarına tabe olmalıdırlar. Ancaq havadarlarına arxalanan və revanşizm mövqeyindən çıxış edən məğlub ölkə öz öhdəliklərini yerinə yetirməyərək silahlı birləşmələrinin təxminən 15 minədək kontingentə malik hissələrini ərazilərimizdə saxlamaqda davam edirdi. Ermənistandan Laçın-Xankəndi yolu vasitəsi ilə intensiv şəkildə silahlar daşınır, ərazilərimizdə ən ağlagəlməz yerlərdə minalar basdırılırdı. Həmin hərbi birləşmələr müharibə başa çatandan sonrakı 3 il ərzində tez-tez mövqelərimizi atəşə tutur və digər təxribatlara əl atırdılar. Eyni zamanda, təbii sərvətlərimiz talanaraq Laçın-Xankəndi yolu vasitəsilə Ermənistana daşınırdı”.

Deputat vurğulayıb ki, qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi və barışmadı da.

Samir Vəliyev müharibənin qalibi olan Azərbaycanın antiterror əməliyyatınadək yeni silahlı münaqişədən yayınmaq üçün bir sıra zəruri tədbirlərə əl atdığını da xatırladıb:

“Azərbaycanın bir-sıra vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri və ekologiya fəalları 2022-ci il dekabrın 12-dən etibarən Şuşa-Laçın yolunda etiraz aksiyasına başladılar. Onlar separatçıların qanunsuz fəaliyyətlərinə, ərazilərimizə minalar və digər-silah-sursat daşınmasına son qoyulmasını tələb edirdilər”.

Deputatın bildirdiyi kimi, ekofəalların aksiyası ilə Laçın yoluna de-fakto nəzarət təmin olunmuşdu:

“Bununla belə, yeni vəziyyətdə ermənilər növbəti manipulyasiyalara əl atdılar. Belə ki, separatçılar nəzarətsiz qalan torpaq yollarla Xankəndinə Ermənistandan silah-sursat, canlı qüvvə və digər hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirirməyə cəhdlər göstərdilər. Kosmostan çəkilən görüntülər onların bu çirkin əməllərini də ifşa etdi. Separatçıların və Ermənistandakı revanşistlərin bu qəbildən olan əməllərinin qarşısını almaq üçün beynəlxalq hüquq normalarına istinad edən respublikamız 2023-cü il aprelin 23-də Laçın - Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurdu. Bu məntəqənin qurulmasında əsas mqsəd Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin, həmçinin sərvətlərimizin daşınmasının qarşısının alınması idi”.

Deputat bildirib ki, görülən tədbirlərə və Azərbaycanın humanist yanaşmalarına baxmayaraq, Ermənistan ordusunun qalıqları, qondarma rejimin təmsilçiləri ərazilərimizdə separatizm əməllərini davam etdirirdilər:

“2023-cü ilin 19 sentyabr tarixində Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror aktları törətdilər. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldular və yaralandılar. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz bölgədə lokal xarakterli antiterror əməliyyatına başladı. Ərazilərimizdə separatizmə son qoyan lokal xarakterli antiterror əməliyyatı uğurla yekunlaşdı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular”.

Milli Məclisin üzvü əlavə edib ki, əməliyyat zamanı hərbiçilərimizin nümayiş etdirdiyi yüksək peşəkarlıq hər cür xoş sözə layiqdir:

“Relyef şəraitinin mürəkkəbliyini, çoxlu sayda istehkamların mövcudluğunu, düşmən mövqelərinin ağlagəlməz məkanlarda, o cümlədən də yaşayış mənntəqələrinin, mülki infrastrukturun yaxınlığında yerləşməsini nəzərə aldıqda hərbiçilərimizin necə böyük igidlik və peşəkarlıq göstərdikləri barədə konkret təsəvvür yaranır”.

Deputatın sözlərinə görə, lokal xarakterli antiterror əməliyyatında qazanılan qələbə sayəsində separatçıların tabutuna son mismar vurulmuş oldu:

“Artıq Qarabağımız azaddır, onilliklər boyunca bu yerlərin həsrətini çəkmiş doğma insanların əlindədir. Bu gün Xankəndidə. Xocalıda, Əsgəranda və digər ərazilərimizdə üçrəngli bayrağımız əzəmətlə dalğalanaraq bizlərə sonsuz qürur hissi yaşadır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri