Icma.az
close
up
RU
Qalibi olmayan müharibə: ABŞ İsrail İran savaşı dünyanı sarsıdır

Qalibi olmayan müharibə: ABŞ İsrail İran savaşı dünyanı sarsıdır

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə gərginliyin artması və ABŞ–İsrail–İran qarşıdurmasının genişlənməsi artıq regional çərçivəni aşaraq qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərən bir prosesə çevrilməkdədir. Münaqişənin hazırkı mərhələsi göstərir ki, qarşıdurma yalnız hərbi aspektlərlə məhdudlaşmır. Proses dünya iqtisadiyyatına, enerji bazarlarına, beynəlxalq ticarət marşrutlarına və hətta qlobal ərzaq təhlükəsizliyinə qədər geniş təsir dairəsi yaradır.

Qlobal təhlükəsizlik arxitekturası üçün yeni risklər
ABŞ, İsrail və İran arasında yaranmış hərbi qarşıdurma qlobal təhlükəsizlik sisteminin ən həssas nöqtələrindən birinə Fars körfəzi və xüsusilə Hörmüz boğazı ətrafına fokuslanıb. Dünya neft ticarətinin mühüm hissəsi məhz bu strateji keçid nöqtəsindən keçir. Bu marşrutun bağlanması və ya məhdudlaşdırılması qlobal enerji bazarında ciddi şok yarada bilər.
Məhz buna görə də ABŞ prezidenti Donald Trump müttəfiq dövlətləri boğazın açılması və enerji nəqliyyatının təhlükəsizliyinin təmin olunması üçün “Hörmüz koalisiyası” yaratmağa çağırır. Vaşinqtonun planlarına görə, çoxmillətli hərbi birlik yaradılaraq tankerlərin təhlükəsiz hərəkəti təmin edilməli və regionda İranın təsir imkanları məhdudlaşdırılmalıdır.
Lakin bu təşəbbüsün reallaşması asan görünmür. NATO daxilində belə mövqelər tam üst-üstə düşmür. Xüsusilə Avropa ölkələri regionda genişmiqyaslı hərbi əməliyyatlara qoşulmaq məsələsində ehtiyatlı davranırlar. Bu isə münaqişənin beynəlxalq siyasi müstəvidə də parçalanma yaratdığını göstərir.

Münaqişənin uzanması və qlobal iqtisadi risklər
Hazırkı vəziyyətin ən təhlükəli tərəflərindən biri münaqişə tərəflərinin geri addım ata bilməməsidir. Hər bir tərəf strateji və siyasi reputasiya baxımından geri çəkilmənin ciddi nəticələr doğuracağını düşünür. Bu isə qarşıdurmanın uzanması riskini artırır.
Belə vəziyyətdə müharibə yalnız hərbi müstəvidə deyil, həm də iqtisadi və geosiyasi mübarizə formasına keçir. Enerji təchizat zəncirlərinin pozulması, tanker daşımalarının risk altına düşməsi və regionda sabitliyin zəifləməsi qlobal bazarlarda qiymət artımına səbəb olur. Neft və qazın bahalaşması isə domino effekti yaradaraq sənaye, logistika və ərzaq sektoruna da təsir edir.
Nəticədə dünya iqtisadiyyatı yeni inflyasiya dalğası, enerji qıtlığı və istehsal zəncirlərinin pozulması kimi problemlərlə üzləşə bilər.

İranın müqaviməti və münaqişənin hərbi balansı
Münaqişənin gedişi göstərir ki, tərəflərin hər biri ciddi itkilərlə üzləşir. ABŞ və İsrail texnoloji və hərbi üstünlüyə malik olsalar da, İran regiondakı geosiyasi mövqeyi və müxtəlif hərbi alətlər vasitəsilə müqavimət göstərməyə davam edir.
Hətta bəzi ssenarilərdə ABŞ tərəfindən İranın əsas neft ixrac nöqtələrindən biri sayılan Xarq adası üzərində nəzarətin ələ keçirilməsi variantı da müzakirə olunur. Bu addım Tehran üçün iqtisadi baxımdan ağır zərbə ola bilər. Lakin bu eyni zamanda regionda daha geniş hərbi eskalasiyaya səbəb ola bilər. Belə bir ssenari baş verərsə, İranın Fars körfəzində yerləşən enerji infrastrukturlarına və region ölkələrinin neft obyektlərinə cavab zərbələri endirməsi ehtimalı da istisnasız olacaq. Bu isə münaqişəni daha geniş regional müharibəyə çevirə bilər. Proseslərin regional müharibəyə çevrilməsini istəyənlər də istisna deyil.  İlk növbədə Rusiya bunda maraqlıdır.  Çünki iran müharibəsi Rusiya üçün yeni imkanlar və fürsətlər yaradır.  Moskva da bundan maksimum faydalanmağa çalışır. 
 Birincisi,  İran ətrafında yaranan böhranaın dünyanaın diqqətini Ukraynadan  yayındırır. 
İkincisi,  qlobal enerji bazarına yaranan böhrana Rusiyaya, xüsusən də rus neft-qazına olan sanksiyalaırn aradana qaldırılmasına  yol açır.
 Üçüncüsü,  Kremlin İran münaqişəsindən faydalanaraq beynəlxalq münasibətlər sistemində öz gücünü ortaya qoyub əsas aktorlardan biri rolunda çıxış etməyə çalışır.

Böyük güclərin maraqları və geosiyasi rəqabət
Mövcud vəziyyət təkcə regional qarşıdurma deyil, həm də böyük güclər arasında geosiyasi rəqabətin bir hissəsidir. ABŞ regionda təsirini qorumağa və enerji marşrutları üzərində nəzarəti saxlamağa çalışır. Eyni zamanda bu böhran Vaşinqton üçün qlobal rəqibləri ilə, xüsusilə Çinlə enerji təhlükəsizliyi məsələlərində əlavə siyasi alət kimi istifadə etmək istəyir. 
Çin isə Fars körfəzindən keçən enerji marşrutlarından ən çox istifadə edən ölkələrdən biridir və regionda sabitliyin pozulması Pekin üçün ciddi iqtisadi risklər yaradır. Bu səbəbdən də Ağ Ev administrasiyası Pekini də prosesə cəlb etməyə çalışır.

Uzunmüddətli xaos strategiyası iddiaları
Proseslərin gedişi onu göstərir ki, ABŞ regionda qısa müddətli hərbi qələbədən daha çox uzunmüddətli geosiyasi təsir strategiyası həyata keçirməyə məcbur qalacaq. Çünki praktikadan da bəllidir ki, ABŞ hədəflərinə nail ola bilmədiyi bölgələrdə  böhran, xaos yaratmaqla geosiyasi təsir imkanlarını qorumağa çalışır. İraq,  Liviya, Suriya və digər ölkələrdə baş verən uzunmüddətli böhranlar,  həmin strategiyanın Körfəzdə də tətbiq edəcəyi ehtimalını gücləndirir. Körfəzdə yaranacaq xaos və qeyri-sabitlikdən isə müəyyən güclər regional və qlobal məqsədlər üçün istifadə edilə bilərlər və bu istisnasızdır.

Qlobal nəticələr: qalib olmayan müharibə
Hazırkı proseslərin ən real nəticəsi ondan ibarətdir ki, bu münaqişənin qalibi yoxdur. Ən çox itirən tərəflərdən biri İran olsa da, müharibənin uzanması bütün dünya üçün mənfi nəticələr yaradır.

Enerji qiymətlərinin artması, təchizat zəncirlərinin pozulması, ərzaq təhlükəsizliyi problemləri, humanitar böhranların dərinləşməsi və ekoloji risklərin artması qlobal sistem üçün ciddi çağırışlar yaradır.

Bu səbəbdən İran ətrafında baş verən proseslər təkcə regional qarşıdurma kimi deyil, yeni qlobal böhran dalğasının başlanğıcı kimi də qiymətləndirilə bilər. Mövcud dinamika göstərir ki, yaxın perspektivdə dünya bu prosesdən qazanmaqdan çox itirmək riski ilə üz-üzədir.

 Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Mart 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri