Qan şəkərinin qəfil yüksəlməsi nə ilə bağlıdır?
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qan şəkərinin qəfil yüksəlməsi əsasən şəkərli diabet xəstələrində müşahidə olunsa da, sağlam şəxslərdə də baş verə bilər.
Pravda.az bildirir ki, bu vəziyyətin əsas səbəblərindən biri həddindən artıq karbohidrat qəbuludur. Karbohidratla zəngin qidalananlar və artıq çəkidən əziyyət çəkənlər risk altındadır. Həmçinin, həzm problemləri də bu vəziyyəti yarada bilər. Lifli qidaların qəbulu həm həzmi tənzimləyir, həm də şəkərin yüksəlməsinin qarşısını alır.
Hazır qidalar, qeyri-sağlam qidalanma və alkoqol istifadəsi də qan şəkərinin sürətli yüksəlməsinə səbəb ola bilər. Alkoqollu içkilərdəki alkoqol əslində şəkərdən əldə edilir. Məsələn, tərkibində 40% alkoqol olan içki, demək olar ki, 40% şəkər ehtiva edir.
Əlamətlər nələrdir?
Qəfil şəkər yüksəlməsi zamanı tez-tez su içmək və bunun nəticəsində tez-tez sidiyə getmək, daim ac qalmaq hissi, yorğunluq, yuxululuq, ürəkbulanma, qusma və nəfəs darlığı müşahidə edilə bilər.
Nə etmək lazımdır?
Bol su içilməlidir.
Fiziki fəaliyyət artırılmalıdır.
Şəkər xəstələri mütəmadi olaraq dərmanlarını qəbul etməlidirlər.
Karbohidrat istehlakı azaldılmalıdır.
Əminə Bayramova


