Icma.az
close
up
RU
“Qanuni oğru” Zaur Naxçıvanski həbsdə qaldı

“Qanuni oğru” Zaur Naxçıvanski həbsdə qaldı

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Orenburq məhkəməsi onun həbs müddətini yenidən uzatdı; bəs Vaqif Bakinski haradadır?

Azərbaycanlı “qanuni oğru”, bu ilin iyulundan həbsdə olan 39 yaşlı Zaur Naxçıvanskindən (Şipilov) yeni xəbər var.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, iki gün əvvəl Orenburq şəhərinin Leninski Rayon Məhkəməsi onun həbs müddətinin yenidən uzadılması haqda istintaqın vəsatətinə baxıb.

Maraqlıdır ki, “qanuni oğru”nun vəkili Mariya Qayvoronskaya onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini məhkəmədən xahiş etməyib, bunu hakimlərin ixtiyarına verib. Yada salaq ki, vəkil bundan əvvəl müvəkkilinin istintaq zamanı ev dustaqlığına buraxılması barədə vəsatəti qəbul edilməmişdi.

Leninski Rayon Məhkəməsi Zaur Naxçıvanskinin həbs müddətinin 3 fevral 2026-cı ilədək uzadılması ilə bağlı istintaq orqanının vəsatətini təmin edib. Zaur Naxçıvanski “Cinayət iyerarxiyasında yüksək vəzifə tutmaq” maddəsi ilə ittiham olunur.

Polis bölməsində dindirilərkən Naxçıvanski “qanuni oğru” olub-olmaması ilə bağlı cavab verməkdən imtina edib, susub və soruşduqda sadəcə, “oğru” olduğunu bildirib. Amma məhkəmə zalında onun barəsində həbs qətimkan tədbiri seçilərkən Zaur titul statusu olduğunu dediyini təkzib edib: “Mən ilk dəfədir ki, belə bir şey eşidirəm”.

Şipilov ona “qanuni oğru”adının Türkiyədə verildiyi haqda iddiaları da təkzib edib.O deyib ki, tikinti şirkətində sadə konveyer operatoru kimi çalışır və ailəsinin yeganə çörək qazananıdır.

Zaur Naxçıvanski 1985-ci ildə Orenburqda anadan olub. O, kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Şipilovun atası 2006-cı ilin aprelində Sabirabadlı Hikmət kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib. Zaur isə həmin dövrdə 21 yaşında olub və bu illərdə Rövşən Lənkəranski(Canıyev) tərəfindən himayə olunub. Məhz Lənkəranski onun atasının yolunu davam etdirməsində mühüm rol oynayıb.

Açıqlanan məlumata görə, Zaur uzun müddət Türkiyədə yaşayıb və ona 2013-cü ildə “qanuni oğru” titulu verilib. İki il sonra, 2015-ci ilin oktyabrında Naxçıvanski “Çayxana” restoranında külli miqdarda narkotik vasitə ilə həbs olunub, üç il həbs cəzası alıb, 2018-ci ildə isə azad edilib.

Yada salaq ki, Zaur Naxçıvanski həbs edilən ərəfədə daha bir azərbaycanlı “qanuni oğru” Vaqif Süleymanov (Vaqif Bakinski) da Moskvada Rusiya miqrasiya qanunlarını pozduğuna görə saxlanılıb. Onun üç ay xüsusi müəssisədə qalacağı, sonra isə Azərbaycana deportasiya olunacağı deyilirdi. Onun hazırda harada olduğu haqda heç bir məlumat yoxdur.

Onun “tacqoyma mərasimində” Nardaranlı Mirseymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed, Qoca iştirak ediblər.

Vaqif Bakinski Rusiyada cinayət yoluna digər oğrular – Asiya və ya Qafqazdan olan mühacirlər kimi başlayıb: Ded Xasanın (Aslan Usoyan) himayəsi altında. O, öldürüləndən sonra Vaqif Şakro Molodoyun (Zaxari Kalaşov) tərəfini tutub və onun himayəsinə keçib. Vaqif Bakinskinin həbsi və məhkumluğu, törətdiyi cinayətlərin sayı, çəkdiyi həbs müddətlərinin dəqiq siyahısı yoxdur.

Vaqif Süleymanov dediyi kimi, Gürcüstanda doğulub, hərbi biletində Marneulidən olduğu bilinir. Amma Rusiya mənbələri onu da iddia edir ki, Vaqif Bakinskinin Özbəkistan vətəndaşlığı var.

Rusiya mənbələri iddia edir ki, Vaqif Bakinski nüfuz baxımından azərbaycanlı kriminallar arasında haqlı olaraq “bir nömrə” sayıla bilər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 Noyabr 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri