Icma.az
close
up
RU
Qara Cümə (Black Friday) adəti haradan gəlir?

Qara Cümə (Black Friday) adəti haradan gəlir?

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dilimizə “Qara Cümə” kimi tərcümə edilən Amerika mənşəli “Black Friday” adəti artıq son illərdə ölkəmizdə də olduqca populyarlaşan və insanların səbirsizliklə gözlədiyi hadisədir. Bu il “Qara cümə” 28 noyabra təsadüf edir. Hər il olduğu kimi bu il də iri ticarət və alış-veriş mərkəzləri məxsusi endirim kampaniyaları ilə müştərilərin yolunu gözləyir. Artıq həftənin əvvəlindən başlayaraq seçilmiş məhsullara endirimlər tətbiq edilib ki, sözügedən alış-veriş məkanlarında insan sıxlığı qaçılmaz hal alıb.

Bəs bu günün tarixini və adını haradan götürdüyünü bilirsinizmi?

Banco.az xəbər verir ki, Amerikada “Şükran Günü”dən sonrakı ilk Cümə günü məhz belə adlanırdı. 1932–ci ildən bəri insanlar həmin günü Yeni il üçün alış-veriş mövsümünün başlanğıcı olaraq qəbul edirlər. Bu gündə mağazalar insanlara qapılarını çox erkən açar və gec saatda bağlayar, həmçinin gözlənilməyən endirimlər həyata keçirərlər. “Black Friday” rəsmi olaraq qeyri-iş günü hesab edilmir. Kanada və İngiltərədə də “Black Friday” günü qeyd edilir və "Amazon" kimi onlayn alış-veriş saytları da endirimli satışlar həyata keçirirlər.

Bu alış-veriş günü ilk dəfə 1961–ci ildə qəzetlərdə "Black Friday" olaraq işıqlandırılmışdı. Belə ki, həmin gün Filadelfiyada alış-veriş səbəbi ilə yaranan tıxac və hətta insanların xəsarət alması ilə nəticələnən hadisələr səbəbilə bu adı almışdır.

Hazırda isə bu gün həm insanlar, həm mağazalar baxımından müsbət qarşılananan bir hadisədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://banco.az
archiveBu xəbər 27 Noyabr 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri