Icma.az
close
up
RU
Qara dənizdə Rosatom a məxsus konteyner gəmisi vurularaq batırılıb

Qara dənizdə Rosatom a məxsus konteyner gəmisi vurularaq batırılıb

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qara dənizdə Rusiyanın "Rosatom" dövlət korporasiyasına daxil olan FESCO şirkətinə məxsus "Yanina" konteyner gəmisi dəniz dronlarının hücumu nəticəsində batıb.Bizimyol.info xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski hadisəni təsdiqləyərək hücum anını əks etdirən videogörüntüləri paylaşıb.

"Rusiyanın sanksiyalar altında olan, Rusiya bayrağı altında üzən və 100 min tondan artıq tutuma malik "Yanina" konteyner gəmisi vurulub. Müdafiə Qüvvələrimizin dəqiq zərbəsi nəticəsində gəmi dənizin dibinə gedib", – deyə Zelenski bildirib.

O əlavə edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin bölmələri Rusiyanın Başqırdıstanda yerləşən, təxminən 1600 kilometr məsafədəki üç neft emalı zavodunun infrastrukturuna da zərbələr endirib.

"Rosatom"un baş direktoru Aleksey Lixaçov isə bildirib ki, gəmi avqustun 1-nə keçən gecə Novorossiyskdən 130 dəniz mili aralıda iki Ukrayna dəniz dronunun hücumuna məruz qaldıqdan sonra batıb. Onun sözlərinə görə, ekipajın 17 üzvünün hamısı xilas edilib.

Lixaçov iddia edib ki, "Yanina" beynəlxalq sularda üzən və dondurulmuş ərzaq məhsulları, tikinti və üzlük materialları da daxil olmaqla mülki yüklər daşıyan adi yük gəmisi olub. O, hücumu "dəniz quldurluğu" kimi qiymətləndirib.

FESCO-nun məlumatına görə, "Yanina" gəmisi 2021-ci ilin sentyabrında şirkətin donanmasına daxil edilib. Gəminin uzunluğu 142 metr, eni 22 metr, boş gəmi çəkisi 13 007 ton, yük tutumu isə 962 TEU (Twenty-foot Equivalent Unit — 20 futluq ekvivalent vahid) təşkil edir.

Hadisə ilə bağlı tərəflərin açıqlamaları müstəqil mənbələr tərəfindən tam şəkildə təsdiqlənməyib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Avqust 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri