Icma.az
close
up
RU
Qarabağ bu mövsüm avrokuboklarda daha yaxşı oyun göstərməli və daha da irəli getməlidir MÜSAHİBƏ

Qarabağ bu mövsüm avrokuboklarda daha yaxşı oyun göstərməli və daha da irəli getməlidir MÜSAHİBƏ

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ"ın veteran futbolçusu Təbriz Həsənov Sportal.az saytına müsahibə verib. 

- "Qarabağ" "Şelburn"la görüşdə 3:0 qalib gələrək, cavab matçı öncəsi böyük üstünlük qazanıb. “Qarabağ”ın ilk oyundakı performansını necə dəyərləndirirsiz?

- "Qarabağ" ilk oyunda da öz işini demək olar ki, 90 faiz həll etdi. Rəqib meydançasında böyük üstünlüklə, 3:0 qalib gəldi. Həqiqətən də "Qarabağ" rəqibindən keyfiyyət baxımından seçilirdi, daha üstün idi. "Qarabağ" yaxşı təsir bağışladı. Amma Çempionlar Liqasında əsas mərhələyə düşmək üçün performansına hələlik qiymət vermək olmaz. Böyük ehtimalla növbəti mərhələdə rəqib FKSB olacaq. O oyundan sonra "Qarabağ"ın bu mövsümkü performansı haqda danışmaq olar.

- "Qarabağ”ın yeni transferlərini necə dəyərləndirirsiz? Hansı futbolçu sizin diqqətinizi çəkdi?

Bəli, yeni transferləri də gördük. Onların xüsusi nəyləsə fərqləndiklərini deyə bilmərəm. Bu da normal bir şeydir. Yeni gələn futbolçuya vaxt lazımdır. Xüsusilə də, "Qarabağ" kimi öz oyun üslubu olan, oturuşmuş oyun sistemi olan komandaya gələn futbolçu üçün bir az vaxt lazımdır. Yəqin ki, qarşıdakı matçlarda onlar özlərini daha yaxşı tərəfdən göstərəcəklər. Əgər "Qarabağ" rəhbərliyi, məşqçilər korpusu bu futbolçuları bəyəniblərsə, düşünürəm ki, yaxın zamanda əsas heyətdə öz yerini möhkəmləndirəcəklər və komandaya daha faydalı olacaqlar.

- Yəqin ki, “Qarabağ” cavab görüşündə mərhələ şansını əldən verməz? Cavab görüşündə də Azərbaycan çempionunun qələbə qazanacağını ehtimal edirsiz?

Səfərdə 3:0 qalib gələn "Qarabağ" kimi komanda inanmıram ki, üstünlüyü əldən versin. "Şelburn" bugünkü gündə "Qarabağ"a qarşı qeyri-adi futbol nümayiş etdirən deyil. Düşünürəm ki, "Qarabağ" bu gün də rahat qələbə qazanacaq və növbəti mərhələyə adlayacaq. 

- “Qarabağ”ın yenə də transferlərə ehtiyacı olduğunu düşünürsüz? Hücumçu yoxluğu hiss edilir?

Bəli, "Qarabağ"ın transferlərə ehtiyac var. Keçən mövsüm "Qarabağ" Avropa Liqasındakı 8 oyunu da xatirimdədir. Onlardan çox şey gözləyirdik, amma demək olar ki, ümidləri doğrultmadılar. Məşqçilər özləri də hər şeyi yaxşı bilir. Hər halda, istər ÇL, istər AL, istərsə də, Konfrans Liqasının əsas mərhələsinə düşmək üçün "Qarabağ" daha da güclənməlidir.  Uzun marafondur, oyunçuların zədələnməsi, yorğunluqları var. Azərbaycan çempionatında da komandalar çoxalıb, qrafik sıxlığı olacaq. Bütün bunları nəzərə alsaq, təbii ki, ehtiyac var, transferlər lazımdır. Komandanın çox keyfiyyətli hücumçuya ehtiyacı var. Çünki qarşıdakı mərhələlərdə rəqiblər daha da güclü olur. Onları keçmək üçün yaxşı hücumçun da olmalıdır.  

- Bu mövsümkü “Qarabağ” Çempionlar Liqasında əsas mərhələyə qədər irəliləyəcəyinə inam verdi? Sizcə, bu mövsümkü “Qarabağ” əvvəlkilərdən güclü görünür?

Bəli, var. "Qarabağ" özü də Çempionlar Liqasının əsas mərhələsinə düşmək istəyirlər, iddialıdırlar. Onun üçün də böyük şans var. "Qarabağ" avrokuboklarda bu mövsüm daha da yaxşı oyun göstərməli, daha da irəli getməlidir, mərhələləri adlamalıdır. Düzdür, FKSB ilk matçında "Şkendiya"ya uduzub. Amma böyük ehtimalla rəqib elə FKSB olacaq. Fikrimcə, "Qarabağ" bu mövsüm FKSB-ni keçə bilər. Halbuki Rumıniya klubunu tərifləyirlər, gücləniblər deyirlər. Buna baxmayaraq, "Qarabağ" yaxşı hücumçu ilə güclənsə, FKSB-ni də rahatlıqla keçər. Ümid edək və "Qarabağ"a uğurlar arzulayıram.

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sportal.az
archiveBu xəbər 30 İyul 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri