Icma.az
close
up
RU
Qarabağ dan nəhəng transfer daha heç kim köhlən atlar a bata bilməyəcək?

Qarabağ dan nəhəng transfer daha heç kim köhlən atlar a bata bilməyəcək?

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, "Qarabağ" 2026/27 mövsümü üçün daha güclü heyət formalaşdırmaq istəyir.

Heç şübhəsiz, bunda bütün imkanlardan, ələ düşən fürsətlərdən maksimum yararlanaraq "qızıl dubl"a imza atan "Sabah" böyük pay sahibidi. Odu ki, uzun müddət sonra ilk dəfə mövsümü titulsuz başa vuran ağdamlılar növbəti dəfə eyni aqibətlə üzləşmək istəmir. Masazır təmsilçisinin ölkə kubokunu qazanmasından sonra ölkəmizi Avropa Liqasında təmsil edəcəyi dəqiqləşən "köhlən atlar" artıq heyətlə bağlı önəmli işlər görüb. "Futbol+" indiyə qədər "Qarabağ"ın Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yolları ayırdığını, Zakaria Savo və Jali Muaddibi transfer etdiyini xəbər verib. Əlbəttə, vitse-çempionun transfer planları bununla yekunlaşmayacaq. Çünki bu gün nəinki yerli, xarici mətbuatda da "köhlən atlar"la adı hallanan xeyli futbolçu var. Bu sırada diqqətiçəkən adlardan biri də Martin Zlomisliçdi. "Germanijak" nəşrinin məlumatına görə, ağdamlılar bu qapıçını transfer etməyə yaxındı. "Qarabağ" Xorvatiya "Riyeka"sının şərəfini qoruyan bosniyalı qolkiperə görə klubuna 500 min avro (təxminən 987 min manat) ödəyəcək. Çünki onun klubuyla müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq və "Riyeka" bu müddəti daha bir il uzatmaq imkanına malikdi. Tərəflərin "əlcək sahibi"nin keçidi üçün bir çox məsələlərdə razılaşdığı vurğulanıb. Maraq üçün qeyd edək ki, Zlomisliç Bosniya və Hersoqovina millisinin üzvüdü, bu yığmanın dünya çempionatı üçün heyətində yer alıb. Futbolçu Bosniyanın U-19 və U-21 milli komandalarında da iş başında olub. Qapıçı 2021-ci ildən "Riyeka"nın formasını geyir. 2017-21-ci illərdə ölkəsində - "Şiroki Brieq"də oynayan qolkiper peşəkar karyerasına 19 yaşında məhz bu klubda başlayıb. Avqustda 28 yaşını tamamlayacaq Zlomisliç 189 sm boya malikdi. Onun "Transfermarkt"dakı qiyməti 2 milyon avrodu. Qapıçı Xorvatiya çempionatında 2025/26 mövsümünü qənaətbəxş keçirib. 33 matçda meydanda olan qolkiper 11 oyunda qapını toxunulmaz saxlayıb, qalan görüşlərdə 36 qol buraxıb. "Əlcək sahibi" bu yarışda cəmi 1 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Həmçinin Zlomisliç "Riyeka"nın heyətində Çempionlar Liqasının təsnifat, Avropa Liqasının təsnifat və pley-off, Konfrans Liqasının isə əsas mərhələsində forma geyib. O, komandasıyla birgə bu turnirin 1/16 final mərhələsinə qədər irəliləyib. Qapıçının Bosniya millisinin DÇ-2026-nın pley-offunda İtaliya və Uelsə qarşı keçirdiyi matçlarda ehtiyat oyunçular skamyasında yer aldığını da bildirək.
Amma Zlomisliç "Qarabağ"a gəlsə, komandadakı qapıçıların sayı 4-ə çatacaq. Belədə gənc Amin Ramazanovla xorvatiyalı Fabian Buntiçin mövqe uğrunda mübarizəsi daha da çətinləşəcək. Maraqlıdı ki, bu ərəfədə Buntiçin "köhlən atlar"dan ayrılmayacağı, 2027-ci ilin yayına, yəni müqavilə müddətinin sonuna qədər komandada qalacağı haqda xəbərlər yayılıb. Polşalı Mateuş Koxalskinin “taxt-tacını laxlatmaq” isə hələ ki çətin məsələ kimi görünür. Deyəsən, bizi çox maraqlı rəqabət gözləyir. Bu gün o bəllidi ki, Zlomisliç azı Buntiçi qabaqlaya bilmək üçün əlindən gələni əsirgəməyəcək.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 İyun 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri