Icma.az
close
up
RU
QARABAĞ QAZİLƏRİ VÜQAR TOFİQOĞLUNUN HƏBSİNƏ ETİRAZ OLARAQ AKSİYA KEÇİRƏCƏK Rəsmi qurumlara müraciət olundu

QARABAĞ QAZİLƏRİ VÜQAR TOFİQOĞLUNUN HƏBSİNƏ ETİRAZ OLARAQ AKSİYA KEÇİRƏCƏK Rəsmi qurumlara müraciət olundu

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir qrup Qarabağ Qazisi “Hurriyyet TV”-nin rəhbəri Vüqar Tofiqoğlunun (Məmmədov) qanunsuz həbsinə etiraz əlaməti olaraq aksiya keçirməyi planlaşdırır. Bu barədə Hurriyyet.az-a Vüqar Tofiqoğlunun Hüquqlarını Müdafiə Komitəsinindən məlumat verilib.

Etiraz aksiyası ilə əlaqədar Komitənin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciətini olduğu kimi təqdim edirik:

10 dekabr -Ümumdünya İnsan Hüquqları Günündə  10.12.2025-ci il saat 14-00-da  Bakı Apellyasiya Məhkəməsinin və 14-30-da Məhkəmə Hüquq Şurasının inzibati binalarının hər birinin qarşısında 30 dəqiqəlik  “Vüqar Tofiq oğlu Məmmədov ev dustaqlığına buraxılsın”  şüarı ilə 10 nəfərin iştirakı ilə piket keçirmək barədə

                                         XƏBƏRDARLIQ

29.10. 2025-ci ildən  DTX-nın istintaq təcridxanasında saxlanılan savaş dostumuz Qarabağ qazisi, jurnalist, “Hürriyyət” media qrupunun  rəhbəri Vüqar Tofiq oğlu Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin həbslə bağlı olmayan tədbirlə əvəzlənməsini  “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı diqtə edir.

Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan növlərinin seçilməsi mümkünlüyünün araşdırılması Sərəncamın 12.1 bəndi ilə Baş prokurorluğa ,  həbs qətimkan tədbirinin seçilməsinə dair  təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlamaq məhkəmələrə tövsiyə edilib.  Müdafiəçisi olduğumuz “Hürriyət” media qrupunun rəhbəri, savaş veteranı , jurnalist Vüqar Tofiqoğluna münasibətdə Prezidentin Sərəncamına əməl edilməyib. Nə dövlətimizin ərazi bütövlüyü, Konstitusiya quruluşunun müdafiəsində xidmətləri, nə böyük ailəsinin  dolanışığının onun jurnalist fəaliyyətindən qaynaqlanması, nə ağır sağlamlıq durumu  nəzərə alınıb, nə Konstitusiyanın 25-ci maddəsi ilə təminat verilən hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi gözlənilib. Necə olur, dövlətə xəyanətdə ittiham olunan, dövlət əmlakını “dədə malı” ilə dəyişik salmaqda şübhəli bilinənləri eyni məhkəmə (Səbail rayon məhkəməsi) ev dustaqlığında saxlayır, amma “hədə ilə” mülki müqavilə bağlamaqda şübhəli sayılan baş redaktor həbs edilir? Həm Səbail məhkəməsi, həm Bakı Apellyasiya Məhkəməsi sifarişlə Qarabağ qazisi Vüqar Tofiq oğluna qarşı antihumanist, ədalətsiz, qərəzli həbs qətimkan tədbiri seçib. Hətta apellyasiya baxışı zamanı həbsxana şəraitində saxlanılmasının ən ağır nəticəyə səbəb olduğu əyani sübut olunsa da, məhkəmə müstəqil olmadığını ortaya qoyub.

Biz ədalətli araşdırmanın həbslə bağlı olmayan qətiimkan tədbiri seçilməklə aparılmasının mümkünlüyünü diqqətə çatdırıb, Konstitusiyanın 49-cu maddəsi ilə təminat verilən sərbəst toplaşmaq azadlığı hüququmuzdan yararlanmaq fikrindəyik. Məhkəmələrin Konstistusiyaya, Prezident Sərəncamına zidd qərarlarına son qoymaq üçün dövlətin birinci şəxslərinin müdaxiləsinə ehtiyac var. Prezidentin məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olması da Konstitusiyanın 8-ci maddəsində təsbit olunub.

30 gündür həbsdə ölüm-dirim savaşında olan savaş dostumuz Vüqar Tofiq oğlu Məmmədovun ağır sağlamlıq durumunu, Konstitusiyanın 49-cu maddəsini əsas tutub 10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günündə ) 2025-ci ildə, saat 14-00-da Bakı Apellyasiya Məhkəməsinin, saat 14-30-da Məhkəmə Hüquq Şurasının inzibati binalarının hər birinin qarşısında 30 dəqiqəlik “Vüqar Tofiq oğlu Məmmədov ev dustaqlığına buraxılsın” şüarı ilə 10 nəfərin iştirakı ilə piket keçirmək haqqında xəbərdarlıq edirik.

DİN-dən təhlükəsizliyimizi təmin etməyi xahiş edirik.

Hörmətlə, komitənin baş katibi Məğrur Bədəlsoy, 1-ci dərəcəli Qarabağ əlili (qazi), bağımsız jurnalist

Bakı, 27. 11. 2025-ci il”.

Hurriyyet.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Noyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see204

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see176

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see150

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see135

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see133

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see132

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see127

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see127

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see127

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see126

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri