Icma.az
close
up
RU
Qarabağ Universitetində ilk imtahan sessiyası Hansı qaydada keçirilir?

Qarabağ Universitetində ilk imtahan sessiyası Hansı qaydada keçirilir?

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Bildiyimiz kimi, hazırda ali təhsil müəssisələrində imtahan sessiyası davam edir. Tələbələrin semestr ərzində əldə etdikləri bilik və bacarıqlar imtahan vasitəsilə yoxlanılır və qiymətləndirilir.
Qeyd edək ki,  bu il Qarabağ Universitetində  keçirilən ilk imtahan sessiyasıdır. İmtahanda 1152 tələbə iştirak edir.
Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya Qarabağ Universitetində imtahanların keçirilmə qaydaları barədə məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:
Qarabağ Universitetində 50 nəfər işlə təmin EDİLİB


“Qarabağ Universitetində tədris prosesinin qiymətləndirilməsi məqsədilə keçirilən imtahanların daha şəffaf, adekvat və effektiv olması məqsədilə müvafiq qaydalar tətbiq edilməkdədir. Bu qaydalar tələbələrin bilik və bacarıqlarını müxtəlif qiymətləndirmə formaları vasitəsilə əhatəli şəkildə təyin etmək üçün nəzərdə tutulub”.
Burada hansı formalar nəzərdə tutulur?
“Qaydalara əsasən, universitetdə yekun (semestr) imtahanları müxtəlif formalarda keçirilir. Belə ki, imtahanlarda yazılı, şifahi, test, təqdimat (layihə), praktiki və qarışıq qiymətləndirmə üsullarından istifadə edilir. Qiymətləndirmə metodları tələbələrin nəzəri bilikləri ilə yanaşı, analitik düşüncə, yaradıcılıq və praktiki bacarıqlarını da əhatə edir. Bu metodlar tələbələrin düşüncə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır”,- deyə məlumatda bildirilib.
Həmçinin, əlavə edilib ki, imtahan sualları “Bloom” taksonomiyasına uyğun hazırlanır ki, bu da tələbələrin həm yaddaş, həm də analitik bacarıqlarını qiymətləndirmək üçün şərait yaradır. Taksonomiya əsasında sualların müxtəlif səviyyələri müəyyənləşdirilir: yadda saxlama, anlama, tətbiq etmə, təhlil etmə, qiymətləndirmə və yaratma.
Bu yanaşma imtahanların daha balanslı və adekvat keçirilməsini təmin edir.
Qeyd edək ki, bu Qarabağ Universitetindəki ilk imtahan sessiyasıdır.
Nəzrin Mirzəyeva, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Yanvar 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri