Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığın inkişafına elmi töhfə UNEC də keçirilən konfransın nəticələri + FOTOLAR

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığın inkişafına elmi töhfə UNEC də keçirilən konfransın nəticələri + FOTOLAR

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

27 may 2025-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Biznes və menecment fakültəsində  baş tutan və universitetin 95 illik yubileyinə həsr olunan “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın inkişaf perspektivləri” adlı respublika elmi-praktik konfrans yalnız akademik müzakirə mühiti deyil, həm də dövlət-özəl sektor arasında strateji dialoq platforması kimi yadda qaldı.

Tədbir iştirakçıları arasında tanınmış alimlər, ekspertlər, sahibkarlar, dövlət qurumlarının və maliyyə institutlarının nümayəndələri ilə yanaşı, “Azərsun”, “PAŞA Group”, “Max Group”, “A+ Audit” kimi qurumların nümayəndələri də yer aldı. Bu, tədbirə sırf elmi deyil, real iqtisadi yanaşmaların və bazar prinsiplərinin tətbiqi baxımından da xüsusi çəki verdi.

Qeyd edək ki, konfransın açılışnda iştirakçılara UNEC-in rektoru professor Ədalət Muradovun salamlarını çatdıran Elm və innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq Rzayev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın dayanıqlı inkişafının idarə edilməsi istiqamətləri barədə ətraflı məlumat verib.


Konfransda Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi inkişafının strateji məsələləri” mövzusunda, UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları: elm, təhsil və mədəniyyət”, Biznes və menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov “Böyük Qayıdışın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sosial iqtisadi əhəmiyyəti və gələcək inkişaf perspektivləri” mövzularında məruzə ilə çıxış ediblər.


Bundan əlavə iş dünyasından - PAŞA Group FMG rəsmi qurumlarla iş üzrə menecer Fuad İbrahimov “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında logistik infrastrukturun inkişafının regional əhəmiyyəti və perspektivləri”, BİNA MTK-nın təsisçisi Rüstəm Məmmədov “Kiçik və orta sahibkarlığın inkişafında beynəlxalq təcrübənin tətbiqi imkanları”, “Azərsun” Ticari Satınalmalar Departamentinin rəhbəri Muhammed Emin Kalan “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi dirçəlişində yerli sahibkarlarla satınalma prosesinin təşkili və onun optimallaşdırılması yolları” mövzularında məruzə ilə çıxış ediblər.


Konfrans “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında logistik infrastrukturun inkişafının regional əhəmiyyəti və perspektivləri”,”Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın dayanıqlı inkişafının idarə edilməsi istiqamətləri”,”Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biznesin inkişafının marketinq aspektləri”, “Kiçik və orta biznes üçün innovativ texnologiyalar və rəqəmsal həllər” adlı panel müzakirələrlə davam edib.

Konfransdan önəmli məqamlar, əsas istiqamətlər

Konfransda səslənən məruzələrdə vurğulanıb ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və tikinti işləri ilə yanaşı, dayanıqlı iqtisadi modelin əsasını sahibkarlıq təşkil etməlidir. Qeyd edilib ki, dövlətin təkbaşına investisiya axını ilə bu ərazilərin inkişafı yetərli deyil – burada özəl sektorun təşviqinə və işgüzar təşəbbüslərə ehtiyac var.

Konfrans materiallarında ümumilikdə 100-dən çox elmi məqalə və çıxış yer aldı. Əsas istiqamətlər aşağıdakılar idi:

-Logistika və infrastruktur: Zəngəzur dəhlizi və multimodal daşımaların təşkili barədə təqdimatlarda bildirildi ki, bu layihələr Azərbaycanın regionlararası ticarət və tranzit mərkəzinə çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır.

-Rəqəmsallaşma və innovasiya: Məqalələrdə verilən təkliflərdə elektron hökumət və rəqəmsal transformasiyanın Qarabağ biznesinə tətbiqi əsas yer tutur. Məsələn, innovativ insan kapitalının KOB-ların rəqabət qabiliyyətinə təsiri geniş təhlil olunub.

Kənd təsərrüfatı və aqrobiznes: Konfransın materiallarında Qarabağda aqroparkların yaradılması, su ehtiyatlarının ağıllı istifadəsi və yaşıl iqtisadiyyatın təşviqi ilə bağlı konkret mexanizmlər təklif olunub.

Elm, təhsil və mədəniyyət: Məruzə və məqalələdə Qarabağ və Şərqi Zəngəzurda təhsil və elmi-tədqiqat institutlarının bərpa edilməsi, müasir tələblərə cavab verən təhsil kompleslərinin yaradılması və inkişafına dair diqqətəlayiq təkliflər səsləndirilib.

Yeni biznes modelləri və dəstək sistemləri: Konfransın materiallarında həmçinin iqtisadi dəstək mexanizmləri, vergi güzəştləri, auditor xidmətləri və startap təşviqləri sahibkarlığın dayanıqlı inkişafına xidmət edəcək önəmli təkliflərə yer verilib.

Sahibkarlar üçün gələcək töhfələr

Konfrans nəticəsində sahibkarlar üçün bir neçə praktik istiqamətdə imkanlar formalaşdı. Belə ki:

-Tikinti, kənd təsərrüfatı, turizm, emal sənayesindəki yeni investisiya sahələri göstərilib:

-Güzəştli kreditlər, vergi imtiyazları, audit xidmətləri Dövlət dəstəyi mexanizmləri qeyd olunub;

Rəqəmsal satış kanalları, yaşıl sertifikatlaşdırma, halal istehsala dair innovativ biznes modelləri təklif olunub;.

Qarabağda logistik mərkəzlərin qurulması və xarici bazarlara çıxışla bağlı təchizat və logistika imkanlar təhlil edilib..


Dövlət qurumları üçün çağırışlar və imkanlar

Konfrans yalnız sahibkarlar üçün deyil, dövlət orqanları üçün də bir sıra siqnallar verdi. Belə ki, burrda bir neçə istiqaməti xüsusilə qeyd edə bilərik:

-Sahəvi inkişaf strategiyalarının tərtibi:Konfransda səslənəcək təkliflər əsasında dövlət orqanları üçün Qarabağda müxtəlif sahələrin inkişafına dair strateji yol xəritələri hazırlanması üçün zəngin mənbə mövcuddur;

-Normativ hüquqi bazanın təkmilləşdirilməsi: Konfransin materiallarında kiçik və orta biznesə dəstək, investisiya mühiti, rəqəmsal hökumət və yaşıl enerji sahəsində təklif olunan modellər hüquqi çərçivənin yenilənməsini təşviq edir;

Elmi-tədqiqat və monitorinq sistemləri: UNEC və digər universitetlərdəki alimlərin elmi yanaşmaları əsas tutularaq dövlət proqramlarının monitorinq mexanizmləri gücləndirilə bilər;.

-Kadr hazırlığı və elmə dəstək: Məqalələrdə verilən təkliflərdə regionun inkişafı üçün ölkədə aqrar elmlərin, alternativ enerji və informasiya texnologiyaları üzrə yerli insan kapitalının formalaşdırılmasının zəruri olduğu vurgulanır.;

Ərazi planlaması və məskunlaşma strategiyası: Demoqrafik problemlər və dağ kəndlərinin yenidən məskunlaşdırılması üçün elmi əsaslı yanaşma tələb olunmasına dair fikirlərin konfransın çağrılarındandır.

Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında real iqtisadi dirçəliş yalnız konfranslardakı niyyət bəyanatları ilə deyil, onların praktiki tətbiqi ilə mümkün olacaq. UNEC-də keçirilmiş bu konfransın gücü də yalnız fikirlərin çoxluğu deyil, məhz onların elmi əsaslarla və strateji yönlü şəkildə təqdim olunmasındadır.

Bu konfrans təkcə akademik mühit üçün deyil, həm də cəmiyyətin bütün sahələri üçün aktual və uzunmüddətli nəticələr vəd edir. İşğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişi, dayanıqlı sahibkarlıq və səmərəli dövlət siyasəti sahəsində əldə olunmuş tövsiyələr gələcək inkişaf yoluna mühüm istiqamət verir.

UNEC-in ev sahibliyi etdiyi bu tədbir bir daha sübut etdi ki, Qarabağ və Şərqi Zəngəzur təkcə siyasi yox, həm də iqtisadi azadlığın simvoludur. Bu ərazilərdə dirçələcək sahibkarlıq – yalnız yerli rifaha deyil, bütöv Azərbaycanın gələcəyinə xidmət edəcək. Bu ədbir, yalnız bir günün konfransı deyil, uzunmüddətli bir inkişaf platformasının başlanğıcı kimi qiymətləndirilməlidir.

Elman İsmayıllı

“Azpolitika.info”


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 May 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see210

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see195

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see162

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see146

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see145

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see145

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see142

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see141

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri