Icma.az
close
up
RU
“Qarabağ Zəfərindən Turana doğru” kitabının növbəti təqdimatı Sumqayıt şəhərindəki “Poeziya Evi”ndə keçirilib

“Qarabağ Zəfərindən Turana doğru” kitabının növbəti təqdimatı Sumqayıt şəhərindəki “Poeziya Evi”ndə keçirilib

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

4 iyul 2025-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyinin həyata keçirdiyi “Turançılıq ideyaları müasir ədəbiyyatda” adlı layihə çərçivəsində nəşr olunan “Qarabağ Zəfərindən Turana doğru” kitabının növbəti təqdimatı Sumqayıt şəhərindəki “Poeziya Evi”ndə keçirilib. Tədbirdə alimlər, şair və yazıçılar, jurnalistlər, QHT və media nümayəndələri, tələbə və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Poeziya Evinin direktoru İ.İlyaslı açıb və layihənin əhəmiyyətini vurğulayıb. Sonra layihənin rəhbəri A. Nəzərova layihə haqqında geniş məlumat verib. O, qeyd edib ki: “Layihə çərçivəsində nəşr olunan kitabda son illərdə Azərbaycan yazarlarının yaradıcılığındakı dünya romantizmindən fərqli olaraq yeni bir mövzunun – turançılıq ideyalarının inkişafı izlənir. Qarabağ Zəfəri türk dünyasının birləşməsində çox mühüm bir prosesi başlatdı. Türk Dövlətləri Təşkilatının uğurlu inkişafı və Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritet hədəflərindən biri oldu. Müasir Azərbaycan ədəbiyyatı bu prosesləri bədii əsərlərdə əks etdirməkdədir.” A.Nəzərova layihənin əsas məqsədinin xalqın, xüsusilə gənc nəslin milli ruhunu oyaq saxlamaq olduğunu bildirib. O, cənab Prezident İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışında iştirakı zamanı etdiyi tarixi çıxışı xatırladıb və o çıxışda verilən mesajların bilavasitə layihənin mövzusu ilə bağlı olduğunu bildirib. Layihəyə dəstək verdiyi üçün Agentliyə təşəkkür edib.
Tədbir iştirakçılarından fil.e.d., professor, şair Rafiq Yusifoğlu, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxış edərək hazırda dünyanın bir çox yerində yeni başlanan və illərdir davam edən soyuq və qanlı müharibələrin olduğunu, məhz belə bir dövrdə türk toplumlarının birləşməsi və öz təhlükəsizliklərini təmin etməsinin turançılıq ideyalarının möhkəmlənməsi ilə mümkün olduğunu qeyd ediblər və əlavə ediblər ki, kitabda Azərbaycan müəllifləri ilə yanaşı digər türk xalqlarının müəlliflərinin də olması turançılıq ideyalarının strateji hədəflərini göstərir.

Şairlərdən Yusif Nəğməkar, Lilpar Cəmşidqızı, İlhamə Müslümova, Əzizə Ağahüseyqızı, Qəzənfər Məsimoğlu, şair-jurnalist Əli Nəcəfxanlı, Ələddin Əmirli və başqaları mövzu ilə bağlı şeirlər səsləndiriblər.








Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 İyul 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri