Icma.az
close
up
RU
Qarabağa gələn ali qonaqları kimlər qarşıladı? GÖRÜNTÜLƏR

Qarabağa gələn ali qonaqları kimlər qarşıladı? GÖRÜNTÜLƏR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının XVII zirvə toplantısı keçirilir. Toplantıya Türkiyə, İran, Özbəkistan, Tacikistan, Qırğızıstan prezidentləri, Pakistan və Qazaxıstanın baş nazirləri, Türkmənistanın xarici işlər naziri, Əfqanıstan Baş nazirinin müavini, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Nigeriyanın büdcə və iqtisadi planlama naziri, Şimali Kipr Türk Respublikasının prezidenti ölkəmizdə səfərdədirlər. 

Bəs qonaqları kimlər qarşıladı?

Modern.az -ın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

İran Prezidenti Məsud Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib. Onu da mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfər edib. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
 

Qırğızıstan Prezidenti Sadır Japarov da eyni qaydada iyulun 3-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfər edib. Sadır Japarovu da mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün bu gün Füzuli rayonuna gəlib. Tacikistan Prezidenti Emoməli Rəhmonu elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün bu gün Füzuli rayonuna gəlib.
Qazaxıstanın Baş naziri Oljas Bektenovu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Füzuli rayonuna gəlib.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağı elm və təhsil naziri Emin Əmrullayev və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıblar.

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfər edib.  Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.

Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baquduni İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə gətirən təyyarə iyulun 3-də Füzuli rayonuna enib. Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.


Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib.
Onu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 İyul 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri