Icma.az
close
up
RU
Qarabağda görülən işlər bunun bariz nümunəsidir

Qarabağda görülən işlər bunun bariz nümunəsidir

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bu gün Azərbaycan dayanmadan inkişaf edən, regionda söz sahibi olan və gələcəyini strateji şəkildə quran dövlət kimi diqqət çəkir. Ölkədə həyata keçirilən genişmiqyaslı layihələr, beynəlxalq tədbirlər və regional əməkdaşlıq təşəbbüsləri Azərbaycanın güclənən mövqeyini bir daha nümayiş etdirir. Yaxın günlərdə ölkəmizdə keçiriləcək möhtəşəm beynəlxalq forum da Azərbaycanın qlobal platformalarda artan nüfuzunun göstəricilərindən biridir”.
Demokrat.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusundakı dəyirmi masada çıxışı zamanı millət vəkili, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) fəxri sədri Fariz İsmayılzadə bildirib.
O deyib ki, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq və bərpa işləri dövlətin əsas prioritetləri sırasında yer alır:
“Hər il milyardlarla vəsaitin Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına yönəldilməsi regionun dirçəldilməsi istiqamətində atılan ən mühüm addımlardan hesab olunur. Kəndlərə və şəhərlərə həyatın qaytarılması, infrastrukturun qurulması, insanların öz doğma yurdlarına qayıtması sülh və sabitliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün Qarabağda aparılan işlər göstərir ki, Azərbaycan həmin torpaqlara öz ayrılmaz və doğma ərazisi kimi yanaşır. Yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri və sosial layihələr regionun gələcəyinə hesablanmış uzunmüddətli dövlət siyasətinin tərkib hissəsidir. Bu proses eyni zamanda bölgədə dayanıqlı sülhün formalaşdırılmasına xidmət edir. Prezident İlham Əliyevin siyasəti yalnız siyasi bəyanatlardan ibarət deyil. Dövlət başçısının həyata keçirdiyi siyasət real layihələr, praktiki addımlar və genişmiqyaslı inkişaf proqramları ilə müşayiət olunur. Qarabağda görülən işlər də bunun ən bariz nümunəsidir”.
O qeyd edib ki, regionda gedən siyasi proseslər də diqqətlə izlənilir:
“Yaxın vaxtlarda Ermənistanda keçiriləcək parlament seçkiləri regionun gələcək siyasi mənzərəsi baxımından mühüm hesab olunur. Hazırda Ermənistanda müxtəlif siyasi qüvvələr arasında ciddi mübarizə gedir. Mövcud hakimiyyət müəyyən mənada regionda münasibətlərin normallaşmasına və dialoqa üstünlük verməyə çalışsa da, hakimiyyətə gəlmək istəyən bəzi radikal qüvvələrin yenidən qarşıdurma və gərginlik yaratmaq niyyətində olduğu bildirilir. Ermənistanda və ümumilikdə Cənubi Qafqazda sülh prosesinə təsir göstərmək istəyən bir neçə xarici güc də mövcuddur. Bu qüvvələr regionda öz geosiyasi maraqlarını və nüfuzlarını artırmağa çalışırlar. Lakin bütün bu mürəkkəb proseslər fonunda Azərbaycan balanslı və güclü siyasəti ilə seçilir. Hazırda türk dünyasının güclənməsi və əməkdaşlıq platformalarının genişlənməsi də regionun geosiyasi xəritəsinə ciddi təsir göstərir. Azərbaycan isə bu prosesdə əsas mərkəzlərdən biri kimi çıxış edir. Ölkənin strateji mövqeyi, enerji resursları, nəqliyyat layihələri və siyasi sabitliyi onu regionun aparıcı dövlətlərindən birinə çevirib. Dünyanın müxtəlif bölgələrində qeyri-sabitlik, siyasi qarşıdurmalar və iqtisadi böhranlar yaşansa da, Azərbaycan daxili sabitliyini və təhlükəsizliyini qoruyub saxlamağı bacarır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu gün regionda güclü siyasi, iqtisadi və diplomatik mərkəzə çevrilib. Bütün bunlar isə ölkənin gələcək inkişafı və bölgədə davamlı sülhün təmin olunması üçün mühüm zəmin yaradır”.
Leyla Turan
Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 May 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri