Icma.az
close
up
RU
Qarabağın bu futbolçuları sıradan çıxdı

Qarabağın bu futbolçuları sıradan çıxdı

"Qarabağ"ın iki futbolçusu ilin sonunadək meydana çıxmayacaq.

Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, bunlar yarımmüdafiəçi Aleksey İsayev və madafiəçi Kevin Medinadır.

Azərbaycan millisinin də üzvü olan A.İsayev bu gün əməliyyat olunacaq. Əvvəlcədən zədəsi olan oyunçu qasıq yırtığından cərrahi müdaxiləyə ehtiyac duyacaq. O, təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Kevin Medina isə baldır əzələsinin gərilməsi ucbatından 4-6 həftə müalicə dövrü keçəcək. Kolumbiyalı legioner "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XV turunun matçında sıradan çıxıb.

seeBaxış sayı:19
embedMənbə:https://www.xalqcebhesi.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri