Qaraciyəri xəstəliklərdən qorumaq üçün hər gün bunları yeməlisiniz
Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.
Çin alimləri sübut edir ki, tamdənli bitkilərdən hazırlanmış qidalar qaraciyər xəstəliklərin və o cümlədən qaraciyər xərçənginin riskini əhəmiyyətli şəkildə azaldır.
Saglamolun.az bildirir ki, araşdırmanın nəticələri JAMA Oncology nəşrində dərc olunub.
Araşdırmada 125,5 min insan iştirak edib.
Tamdənli bitkilərin tərkibində olan qidalı liflər bütün orqanizmə və o cümlədən qaraciyərin sağlamlığına çox müsbət təsir edir. Həmçinin tamdənli bitkilərdən hazırlanmış qidalar (çörək, sıyıqlar, makaron və s.) bir çox faydalı vitamin və minerallarla zəngindir.
Nəzərə almaq lazımdır ki, bütün yarmalar tamdənli deyil. Məsələn, ağ düyü tamdənli deyil.
Tamdənli bitkilər bunlardır:
- qarabaşaq
- yulaf yarması (o cümlədən "gerkules")
- qəhvəyi düyü
- bulqur
- qarğıdalı yarması
- kinoa.
Ən faydalı çörək 3-cü növ undan hazırlanmış çörəkdir. 2-ci növ unda da bəzi orqanizm üçün faydalı maddələr saxlanılır. Lakin ən yaxşı saydığımız əla növ undan hazırlanmış çörəkdə bu faydalı maddələr yoxdur ki, bu səbəbdən belə çörək orqanizm üçün faydasız və hətta ziyanlı sayılır.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 16 Noyabr 2024 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















