Icma.az
close
up
RU
Qaraciyərinizə zərər verən üç yatma vərdişi

Qaraciyərinizə zərər verən üç yatma vərdişi

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qaraciyər sağlamlığı gündəlik vərdişlərdən, xüsusən də yatmazdan əvvəlki davranışlardan birbaşa asılıdır. Gecə saatlarında qəbul edilən alkoqol və yağlı qidalar bu orqan üçün ciddi təhlükə yaradır. 

Milli.Az xəbər verir ki, Hindistandakı Kinq Corc Universiteti Tibb Fakültəsinin araşdırmasına görə, gecə saat 23:00 ilə 03:00 arası qaraciyərin toksinlərdən təmizlənməsi və hüceyrə bərpası üçün qızıl saatlar hesab olunur. Lakin bir çox insan gecə yarısından sonra telefonla vaxt keçirməyə davam edir. Bu vəziyyət bədənin bioloji ritmini pozaraq qaraciyərin düzgün dincəlməsinə mane olur. Uzun müddətdə bu vərdiş qaraciyər zədələnməsinə və sirroz riskinin artmasına səbəb ola bilər.

Yatmazdan əvvəl yemək yemək həzm sistemi və qaraciyər üzərindəki yükü artırır. Bədən dincəlmək əvəzinə qidaları emal etməyə davam edir. Qızardılmış və ya şirin qidalar çox miqdarda yağ və şəkər ehtiva etdiyi üçün qaraciyəri daha çox işləməyə məcbur edir. Bu vəziyyət davam edərsə, qaraciyərdə piylənmə yaranır və hüceyrələr ciddi zərər görür.

Cənubi Kaliforniya Universitetinin araşdırmasına görə, alkoqol qaraciyər hüceyrələrini birbaşa zədələyərək maddələr mübadiləsinə mənfi təsir göstərir. Axşam saatlarında qəbul edilən alkoqol vaxtında emal oluna bilmədiyi üçün bədəndə toplanır. Şəkərli içkilər isə artıq şəkərin yağa çevrilməsinə səbəb olur ki, bu da orqanın bərpa prosesini ləngidir.

Qaraciyər özünü yeniləmə qabiliyyətinə malik olsa da, bunun üçün pis vərdişlərdən qurtulmaq şərtdir. Telefon istifadəsini məhdudlaşdırmalı, saat 23:00-dan əvvəl yatmağa çalışmalı və gecə saatlarında ağır yeməklərdən uzaq durmalısınız. Həmçinin, yatmazdan əvvəl stressdən uzaq durmaq və stabil ruh halında olmaq qaraciyərin effektiv dincəlməsinə kömək edir.
Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Aprel 2026 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri