Qaradağdakı yanğın məşhur şirkətin anbarından başlayıb AÇIQLAMA
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Kontakt Home" şirkəti Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla bağlı açıqlama yayıb.
Modern.az xəbər verir ki, "Kontakt Home" yanğının şirkətə məxsus anbarda baş verdiyini bildirib:
“Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib. Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır.
Mövcud vəziyyətlə əlaqədar bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər.
Vəziyyətlə bağlı yeni məlumatlar paylaşılacaq", - "Kontakt Home" şirkəti bəyan edib.
Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 12 May 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















