Icma.az
close
up
RU
Qaradağın bəzi ərazilərdə işıq olmayacaq

Qaradağın bəzi ərazilərdə işıq olmayacaq

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Bakının Qaradağ rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

News24.az  xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilir ki, Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma işləri ilə əlaqədar noyabrın 6-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 14:30-dan 15:30-dək Qaradağ rayonu Qobustan qəsəbəsinin bir hissəsində və Ələt bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Noyabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri