Qarpızı çox yemək sağlamlıq üçün təhlükəli ola bilər
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Həddindən artıq qarpız yemək qarında köp, spazmlar və qanda şəkərin kəskin artmasına səbəb ola bilər.
Azpost.info -nun məlumatına görə, bu barədə NEWS.ru-ya Rusiya İctimai Palatasının üzvü, Preventiv Tibb və Qidalanma Mütəxəssisləri Federasiyasının prezidenti, dietoloq-nutrisioloq İrina Pisaryova bildirib.
Onun sözlərinə görə, qarpızdan normadan artıq istifadə ürək-damar sistemi və böyrəklər üçün ciddi yük yarada bilər.
“Qarpızı həddindən artıq yedikdə qanda şəkərin səviyyəsi kəskin dəyişir. Tərkibindəki çoxlu fruktoza toxluq hissini təmin edən siqnalları zəiflədə bilər, artıq qalan hissə isə birbaşa visseral (daxili orqanlar ətrafında toplanan) piyə çevrilir. Orqanizm qlükozanı emal etmək üçün çox miqdarda insulin ifraz edir, sonra isə onun səviyyəsi sürətlə aşağı düşür. Nəticədə insan güclü yorğunluq, diqqətin zəifləməsi və yenidən aclıq hissi yaşayır”, – deyə mütəxəssis izah edib.
Pisaryova qeyd edib ki, qarpızın təxminən 90 faizi şəkər və duzlarla zəngin sudan ibarətdir. Bu isə suyun tədricən toxumalara keçməsi əvəzinə sürətlə qana sorulmasına səbəb olur və ürəklə böyrəklərə əlavə yük yaradır.
Dietoloqun sözlərinə görə, qarpız həmçinin FODMAP adlanan, sürətlə fermentasiya olunan karbohidratlarla zəngindir. Həssas həzm sistemi olan insanlarda bu maddələrin həddindən artıq qəbulu güclü qaz yaranmasına, qarında köpə, spazmlara və ishala səbəb ola bilər.
Mütəxəssis əlavə edib ki, xroniki böyrək xəstəliyi olan şəxslərdə həddindən artıq qarpız qəbulu sidiyin qələviləşməsinə səbəb ola bilər. Bundan başqa, çox qarpız yemək dövr edən qanın həcmini də kəskin şəkildə artırır və bu da ürək-damar sisteminə əlavə yük yaradır.
Baxış sayı:121
Bu xəbər 24 İyul 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















