Icma.az
close
up
RU
Qars şəhərində azərbaycanlı soydaşlarımız üçün iftar tədbiri keçirilib

Qars şəhərində azərbaycanlı soydaşlarımız üçün iftar tədbiri keçirilib

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Ramazan ayı münasibətilə Türkiyənin Qars şəhərində azərbaycanlı soydaşlarımız üçün iftar tədbiri təşkil olunub.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan mərasimdə Komitənin sədri Ramin Məmmədov, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, Qars vilayətinin valisi Ziya Polat, Qars bələdiyyəsinin sədri Ötüken Senger, Qarsda yaşayan şəhid ailələri və tələbələr iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev bildirib ki, Türkiyə ərazisində üç bölgədə iftar süfrələri təşkil olunub.

O, bu mərasimlərin artıq ənənəvi xarakter almasının sevindirici hal olduğunu vurğulayıb.

“Düşünürəm ki, bu Ramazan ayı bizim üçün çox önəmli olacaq. Bütün oruc tutanların orucu qəbul olsun. Ümid edirəm ki, gələn il də yenidən belə iftar süfrələri ətrafında bir araya gəlmək bizə qismət olar”, - o deyib.

Qars vilayətinin valisi Ziya Polat isə çıxışında iki ölkə arasında qardaşlıq və müttəfiqlik münasibətlərindən bəhs edib. O qeyd edib ki, regionda baş verən müharibələr Türkiyə-Azərbaycan qardaşlığının əhəmiyyətini bir daha göstərir.

“Ümid edirəm ki, bu qardaşlıq süfrəsini hər zaman birlikdə paylaşmağa davam edəcəyik. Müharibələrin alovlandığı regionumuzda Türkiyə və Azərbaycan qol-qola, bir yerdə olmağa məcburdur. Türklər güclü olduqca regionda da sülh bərqərar olar. Ramazanın bərəkətini yaşayırıq. Hazırda bölgəmizdə müharibələr alovlansa da, ölkələrimizdə sülh və sabitlik hökm sürür”, - vali vurğulayıb.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi iftar tədbiri İğdır bölgəsində də davam etdiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Mart 2026 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri