Icma.az
close
up
RU
Qatar iki avtomobili vurdu Bir gündə 2 QƏZA

Qatar iki avtomobili vurdu Bir gündə 2 QƏZA

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir gündə eyni dəmir yolu keçidində iki avtomobil qatarla toqquşub.

Lent.az Baş Dövlət Yol Polisi İdarəsində istinadən bildirir ki, ötən gün dəmir yolunun Xaçmaz-Çarxı sahəsində yerləşən qorunmayan keçiddə qısa zaman kəsiyində qeydə alınan 2 yol-nəqliyyat hadisəsinin təhlili, hələ də bu sahədə sürücü intizamının qənaətbəxş olmamasından xəbər verir.

Belə ki, 29 aprel 2026-ci il tarixdə, saat 09:00 radələrində Xaçmaz şəhər sakini Taleh İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil dəmir yol xəttinin Çarxı kəndi ərazisində yerləşən qorunmayan keçiddə yük qatarı ilə toqquşub.

Bundan bir qədər sonra - saat 12:00 radələrində eyni keçiddə növbəti toqquşma faktı qeydə alınıb. Bu dəfə rayonun Xanlıqoba kənd sakini Taryel Kazımovun idarə etdiyi eyni markalı avtomobil yük qatarı ilə toqquşmadan yayına bilməyib. Hər iki qəzada sürücülər xəsarət alıb, dəmir yol təsərrüfatına, xüsusilə avtomobillərə ciddi ziyan dəyib.

Aparılan təhlillər göstərib ki, eyni ərazidə ardıcıl qeydə alınan bu qəzaların baş verməsinə səbəb bilavasitə sürücü məsuliyyətsizliyidir. Başqa sözlə, yaxınlaşan qatarı görsələr də, nəqliyyat vasitələrinin relslər üzərindən rahat keçidini təmin etmək üçün yaradılmış yol infrastrukturuna güvənən sürücülərin nizamlama vasitələrinin tələbinə əhəmiyyət vermədən keçidə daxil olması, sonda qəzaları qaçılmaz edib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır: Nəqliyyat vasitələrinin sürücüləri dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etdikdən sonra hərəkət etməlidirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Aprel 2026 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see254

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see246

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see224

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see222

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see219

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see213

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see213

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see208

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see182

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see177

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see174

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see169

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see167

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see159

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see158

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri