Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Qayınanam yüngül həyat tərzi keçirirdi, arvadım da ona qoşuldu...” Qanlı cinayətin təfərrüatı

“Qayınanam yüngül həyat tərzi keçirirdi, arvadım da ona qoşuldu...” Qanlı cinayətin təfərrüatı

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Yevlax rayonunda 2000-ci il təvəllüdlü Qədir ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı İradəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, İradə hadisədən bir neçə gün əvvəl qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Qədirdən küsərək Yevlax şəhərinə, valideynlərinin evinə gedib. Qədir barışmaq üçün İradənin valideynləri ilə yaşadığı evin qarşısındakı küçəyə gəlib.

Qədir küçəyə açılan qapının bağlı olduğunu görüb və hasardan aşaraq həyətə keçib. Daha sonra İradəni uca səslə çağırıb.

İradənin həyətə çıxmadığını görəndə münaqişəyə cəlb etmək məqsədilə onu ucadan nalayiq sözlərlə söyüb. İradənin yenə həyətə çıxmadığını görüb və yumruqla vuraraq evin pəncərəsinin şüşəsini sındırıb.

Qaynı Sahil evin giriş qapısını açanda o, özü ilə gətirdiyi mətbəx bıçağı ilə İradəni vurmaq qərarına gəlib. Nalayiq söyüşlərinə davam edib, İradənin üzərinə hücum çəkərək azyaşlı qızı və qardaşının gözü qarşısında ona bıçaq zərbələri vurub.

İstintaq orqanı tərəfindən Qədirin barəsində Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qədir ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, hadisə baş verməmişdən təxminən bir ay əvvəl qeyri-rəsmi ər-arvad kimi yaşadığı İradə, 2015-ci il təvəllüdlü qızı Səbinə və 2022-ci il təvəllüdlü qızı Dənizlə birlikdə Bakı şəhərinə gedib. Ayna Sultanova prospektində bina evində kirayədə yaşayıb: “Ev tutaraq yerləşdikdən sonra qaynanam Fatimə və onun gəlini Lalə də bizim evə gələrək birlikdə yaşalmağa başladılar. Bundan narazı olduğuma görə arvadımla aramızda mübahisə yarandı. Qayınanamın yüngül həyat tərzi keçirdiyini bildiyim üçün onun bizimlə yaşamasına etiraz elədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin iyul ayının təxminən 14-15-də arvadının anası Fatimə ilə birlikdə yüngül həyat tərzi keçirdiyini, evə kənar şəxs gətirdiklərini başa düşüb: “Buna görə aramızda münaqişə yarandı. İyulun 18-də Bakıdan Ağdaş şəhərinə qayıtdım. Səhəri günü arvadım İradə və onunla qalanlar da kirayə evdən çıxaraq öz yaşadıqları Yevlax şəhərinə qayıtdılar”.

Qədir qeyd edib ki, iyulun 22-də saat arvadı İradəni qorxutmaq, onun xəyanət etməsinin qarşını almaq üçün yüngül formada cəzalandırmaq məqsədi ilə Yevlax şəhərinə gedib: “Onların həyətinə daxil oldum, İradəni səsləyərək çağırdım. O, evin həyətinə açılan pəncərənin qarşısına gəlsə də, qapını açmadı. Bu zaman əsəbiləşərək yumruqla pəncərənin şüşəsinə zərbə endirdim, şüşə qırıntıları sağ biləyimi kəsdi. Səs-küyə gələn İradənin qardaşı evin qapısını açdıqda içəri girdim. Özümlə gətirdiyim mətbəx bıçağı ilə İradəni iki-üç dəfə vurdum. Qan axdığını görəndə bıçağı yerə ataraq oradan uzaqlaşdım.

Mən İradəyə qapını açmadığı üçün əsəbiləşərək bıçaqla xəsarət yetirmişəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən İradənin sözlərinə görə, 2014-cü ilin mayından Qədirlə nikahdankənar ailə həyatı qurmaqla ər-arvad kimi birlikdə yaşayıb: “2015-ci ildə Səbinə, 2022-ci ildə isə Dəniz adlı iki qızımız dünyaya gəldi. Ağdaş şəhərində Qədirin valideynlərinin yanında yaşadıq. Bəzən isə Bakı şəhərinə gedərək orada kirayədə yaşamışıq.

4 iyun 2024-cü ildən Bakıda Ayna Sultanova prospektində kirayədə qalırdıq. Anam və qardaşımın arvadı da bizimlə birlikdə yaşayırdılar. Qədir çox qısqanc olduğuna görə heç bir əsas olmadan mübahisə edir, məni başqa şəxslərlə danışmaqda və görüşməkdə günahlandırdı. Buna görə iyulun 18-də aramızda baş vermiş mübahisə səbəbindən Qədir bizi Bakı şəhərində qoyaraq Ağdaş şəhərinə qayıtdı”.

İradə qeyd edib ki, iyulun 19-da oradan çıxaraq Yevlax rayonuna atası evinə qayıdıblar: “İyulun 22-də saat 6 radələrində Yevlaxdakı evdə yatdığımız vaxt pəncərənin, qapının döyüldüyünü, Qədirin nalayiq sözlərlə məni çağırdığını eşitdim. Yatağımdan duraraq pəncərəsi həyətə açılan zala keçdim. Pəncərədən baxanda Qədiri gördüm.

Səs-küyə qardaşım Sahil və sonun arvadı Lalə də yuxudan oyandı. Qədirlə pəncərədən danışan zaman qardaşım arvadı Laləni yataq otağının pəncərəsindən yola çıxarıb kömək üçün dayım Musagilə göndərdik. Qapı-pəncərəni açmadığımı görən Qədir yumruqla vurub otağın pəncərəsini sındırdı. Şüşə onun sağ qolunu kəsdi.

Pəncərə sınandan sonra Qədiri sakitləşdirmək üçün qardaşım Sahil evin qapısını açdı. Bu zaman Qədir əlindəki bıçaqla evə girdi. Giriş qapısının yanında bıçaqla bir dəfə sağ qoltuqaltı, iki dəfə də üz nahiyəmə vurdu. Bıçaq sağ göz nahiyəmə xəsarət yetirdi.

Qədir məni bıçaqla vuranda qardaşım və qızım da orada idi. Qardaşım Qədirin qarşısına duraraq ona mane olmağa çalışsa da, gücü çatmadı. Qədir məni üç dəfə vurduqdan sonra bıçağı ora tullayaraq getdi. Evimizin yaxınlığında yaşayan Rasim öz avtomobili ilə məni Yevlax şəhər Mərkəzi Xəstəxanasına apardı”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Qədir 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 15 Yanvar 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri