Icma.az
close
up
RU
Qaz cihazı olan otaqda mütləq havalandırma olmalıdır Ekspert

Qaz cihazı olan otaqda mütləq havalandırma olmalıdır Ekspert

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Daşkəsəndə 4 nəfər dəm qazından zəhərlənib.


Daşkəsən rayon sakinləri - 1965-ci il təvəllüdlü Z.Alıyeva, 1990-cı il təvəllüdlü S.Alıyev, 1993-cü il təvəllüdlü C.Alıyev və 1999-cu il təvəllüdlü A.Abbasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, ailə üzvləri yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır


Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, dəm qazından qorunmaq üçün qaz təsərrüfatının təhlükəsiz istismarı həyata keçirilməlidir:


“Dəm qazı və qaz sızması əleyhinə dedektorlar olmalı və evdə havalandırma təmin edilməlidir. Əgər evdə havalandırma, tüstü bacası olmasa və yaxud da olub işlək vəziyyətdə olmasa, bu, yanma prosesini əngəlləyən amillərdən biridir. Mütləq qaz cihazı olan otaqda havalandırma olmalıdır. Çünki qazın yanması üçün kifayət qədər oksigen lazımdır. Əgər evdə qazın yanması üçün kifayət qədər oksigen yoxdursa, bu yanma prosesini əngəlləyəcək və nəticədə dəm əmələ gələcək. Dəm qazı natamam yanma məhsuludur. Yanma prosesi düzgün getmədikdə yaranır. Otaqda kifayət qədər hava, tüstü bacası işlək vəziyyətdə olmadıqda, standartlara uyğun olmayan qaz sobası istifadə olunduqda, dəm qazının yaranmasına səbəb olur. Həmçinin otağın kvadratı nəzərə alınmalıdır. Yəni iki gözlü qaz peçi üçün otaq minimum 8 kvadrat,  üçgözlü qaz peçi üçün 12 kvadrat, dördgözlü qaz peçi üçün isə 15 kvadrat olmalıdır. Dəm qazı əsasən hamam otağında yaranır. Çünki hamam otağında qaz cihazları quraşdırılır. Ümumiyyətlə təhlükəsizlik baxımından hamam otağında qaz cihazının olması məqsədəuyğun deyil. Ancaq quraşdırılıbsa, mütləq  ventilyasiya olmalı və üstü bacası işləməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Yanvar 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri