Icma.az
close
up
RU
Qaz var, amma təzyiq yoxdur ŞİKAYƏT AÇIQLAMA

Qaz var, amma təzyiq yoxdur ŞİKAYƏT AÇIQLAMA

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Biləsuvar şəhəri Qara Qarayev küçəsində yaşayan bir qrup sakin qazın zəif təzyiqindən şikayətçidir.

Bu barədə Milli.Az-a şikayət daxil olub.

Sakinlərin bildirdiyinə görə, havalar soyuyan gündən bu problem daha da kəskinləşib və artıq gündəlik məişətə ciddi təsir göstərir.

Onların sözlərinə görə, qazın təzyiqinin aşağı olması səbəbindən evlərin lazımi səviyyədə isidilməsi mümkün olmur, yemək bişirərkən isə tez-tez çətinliklər yaranır. Xüsusilə axşam saatlarında qazın demək olar ki, yanmaması sakinlərin narazılığına səbəb olur.

"Soyuq havalarda uşaqlar, yaşlılar əziyyət çəkir. Qaz var, amma təzyiq o qədər zəifdir ki, istifadə etmək mümkün deyil", - deyə sakinlər bildirir.

Qeyd olunub ki, problem ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, indiyədək konkret nəticə əldə olunmayıb. Müvafiq xidmət əməkdaşları tərəfindən baxış keçirildiyi bildirilsə də, vəziyyət dəyişməz olaraq qalır.

Sakinlər ümid edirlər ki, yaxın günlərdə məsələ nəzarətə götürüləcək və Qara Qarayev küçəsində qazın təzyiqi normaya salınacaq. Əks halda, soyuq qış günlərində bu vəziyyətin daha ciddi sosial problemə çevriləcəyindən narahatdırlar.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxladıq.

Qurumdan Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, qazın təzyiqi ilə bağlı kütləvi olaraq problem yaşanmır.

Verilən məlumata görə, bəzi ərazilərdə lokal xarakterli təzyiq problemləri yarana bilər. Bu cür hallar sakinlərin müraciətləri və ya əməkdaşların ərazi üzrə apardıqları müşahidələr nəticəsində aşkar olunduqda, dərhal operativ tədbirlər görülür.

Qeyd olunub ki, məqsəd təzyiqin normallaşdırılması və stabil vəziyyətə gətirilməsidir:

"Sizin göndərdiyiniz ünvanla bağlı məsələ artıq aidiyyəti üzrə yönləndirilib. Əməkdaşlarımız operativ olaraq əraziyə baxış keçirəcək. Təzyiqin hansı formada, hansı vəziyyətdə olduğunu təftiş etdikdən sonra vəziyyətin normallaşdırılması üçün zəruri addımlar atacaqlar".

Mina Mikayılova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Dekabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri