Icma.az
close
up
RU
Qaz və işıqpulunu az ödəmək üçün bunu edin

Qaz və işıqpulunu az ödəmək üçün bunu edin

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Adətən yazın son ayları – aprel və mayda havanın temperaturu artır, istilik cihazlarına ehtiyac azalır. Lakin bu il hava gözlənilənin əksinə olaraq sərin keçir və bir çox insan evində kombini yandırmaq məcburiyyətində qalır. Bu isə həm təbii qaz, həm də elektrik enerjisi sərfiyyatını artırır.

Belə durum aylıq kommunal xərclərə, xüsusilə işıq puluna necə təsir göstərə bilər? Kommunal xərclərin artımın qarşısını almaq üçün nə kimi tədbirlər görülə bilər?

Globalinfo.az-a danışan iqtisadçı Toğrul Vəliyev Azərbaycanda hər evin istilik təchizatı ilə təmin olunmadığını qeyd edib.

Onun sözlərinə görə, istilik sistemi yaxşı isitmədiyi üçün Bakıda qış aylarında əksəriyyət məcbur qalıb kombidən istifadə edir:

“Yeni tikilən binalarda belə istilik təchizatı əvəzi kombi quraşdırırlar. Bu da avtomatik olaraq orta statistik ailələrin kommunal xərclərini dəfələrlə artırır. Çünki istilik sistemi daha ucuzdur, nəinki kombi. Bilirik ki, təbii qazda və ya elektrik enerjisində limiti keçdikdə qat-qat artıq ödəniş etməli olursan. Nəticə etibarilə də insanların xərcləri əhəmiyyətli dərəcədə çoxalır. Limitlərin keçməsini xüsusi ilə nəzərə almaq lazımdır. Məntiqlə havanın temperaturu aşağı düşdükdə, istilik təchizatının verilməsi davam etdirilməlidir. Əslində, havanın temperaturu çox da aşağı deyil. Sadəcə, tikilən binaların keyfiyyəti bir qədər azdır deyə istiliyə davamiyyəti olmur”.

Toğrul Vəliyev

İqtisadçının fikrincə, problem daha çox havaların sərin keçməsi yox, binaların keyfiyyəti ilə bağlıdır:

“Normalda Avropa və digər ölkələrdə son zamanlar binaların istiliksaxlama qabiliyyətinin artırılması istiqamətində addımlar atılır, yeni tələblər qoyulur. Bu, ekoloji cəhətdən də vacibdir. Çünki biz nə qədər elektrik enerjisindən, təbii qazdan az istifadə etsək, o qədər yaxşıdır. Belə bir şey etmək isə binanın istiliksaxlama qabiliyyəti ilə mümkündür. Təəssüf ki, bizdə bu istiqamətdə xüsusi tələblər olmadığı üçün yeni binalarda bunu etmirlər. Gərək, bizdə də addımlar atılsın. Amma havaların qeyri-sabit şəraitdə keçməsi müəyyən xərclərin artımına səbəb olur. Bu baxımdan xərcləri azaltmaq çətin məsələdir”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 May 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri