Icma.az
close
up
RU
Qazax alimi türk xalqlarının tarixinə dair inteqrasiya olunmuş dərsliyin hazırlanmasını təklif edib

Qazax alimi türk xalqlarının tarixinə dair inteqrasiya olunmuş dərsliyin hazırlanmasını təklif edib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Astana, 1 may, AZƏRTAC

Azərbaycan və Qazaxıstan ortaq tarixi-mədəni irs, dil yaxınlığı və qədim türk kökləri ilə birləşdirilən türkdilli dövlətlərdir.

Bu barədə AZƏRTAC -a açıqlamasında tarix elmləri namizədi, Dövlət Tarixi İnstitutunun şöbə müdiri Erlan Medeubayev deyib.

“Bizim ümumi mənəvi mədəniyyət abidələrimiz var - məsələn, oğuz mədəni ənənəsi ilə bağlı olan Korkıt Ata (Dədə Qorqud) dastanı: “Onun mənşəyi Sırdərya bölgəsinə gedib çıxır”, - deyə o qeyd edib.

Alimin sözlərinə görə, azərbaycanlıların etnogenezi əsasən oğuz tayfaları ilə bağlıdır, qazaxlar isə qıpçaq köklərinə aiddir. Lakin ümumi mədəni təbəqə, o cümlədən dil, dastanlar, adət-ənənələr və dünyagörüşü bir çox cəhətdən oxşardır.

E.Medeubayev vurğulayıb ki, Azərbaycan və Qazaxıstan arasında humanitar siyasət, tarixi-linqvistik tədqiqatlar və birgə akademik layihələr sahəsində əməkdaşlıq daha fəal inkişaf etdirilməlidir.

“1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk parlament respublikası oldu”, - deyə o bildirib.

Onun fikrincə, Qafqaz və Mərkəzi Asiya türk xalqlarının tarixinə dair inteqrasiya olunmuş dərsliyin hazırlanması, eləcə də mütəmadi olaraq birgə konfransların və gənclər forumlarının keçirilməsi perspektivli istiqamətlərdən biri ola bilər.

Qazax cəmiyyətinin türk irsi haqqında məlumatlılıq səviyyəsi ilə bağlı sualı cavablandıran E.Medeubayev məlumat verib ki, qazax məktəb proqramında qədim türk dövrünün, o cümlədən türk dünyasının müxtəlif etnik qruplarının bəşər sivilizasiyası tarixinə verdiyi töhfənin öyrənilməsi nəzərdə tutulub.

O, müasir gənclərin türk mədəniyyətinə marağının nəzərəçarpacaq dərəcədə artdığını da qeyd edib: Bu yaxınlarda başqırd qrupunun mahnısı gözlənilmədən bütün türk məkanında populyarlıq qazandı. Onu tatar dilindən tutmuş özbək dilinə qədər müxtəlif dillərdə ifa ediblər. Bu, mədəni kimliyin gənclər üçün aktual dəyərə çevrildiyinə işarədir”.

Tarixçi Qazaxıstandakı Azərbaycan diasporunun roluna xüsusi diqqət yetirib.

“Qazaxıstanda ölkənin layiqli vətəndaşları olan Azərbaycan əsilli tanınmış sahibkarlar, alimlər, idmançılar, ictimai xadimlər yaşayır.

Beləliklə, ölkələrimizi təkcə ümumi keçmiş deyil, həm də sabit qarşılıqlı rəğbət, ən əsası isə humanitar sahədə strateji tərəfdaşlıq üçün potensial birləşdirir”, - deyə E.Medeubayev sözünü yekunlaşdırıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 07:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see176

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see160

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see132

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri