Qazaxda alverçi nisyə quzu aldı, 2 ildən sonra pulunu istəyən şəxsi bıçaqladı
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Qazax rayonunda heyvan alverçiləri arasında bıçaqlanma olub.
Oxu.Az-ın məlumatına görə, hadisə Qazax rayonu ərazisindəki "Mal bazarı" adlanan ərazidə baş verib.
Ağstafa rayon sakini, 1982-ci il təvəllüdlü Namaz Qədiməliyev iki il əvvəl Süleyman adlı şəxsdən aldığı quzunun pulunu ödəməyib. İki ildən sonra Süleymanın qardaşı Adil Nəbiyev Qədiməliyevin yaşadığı ünvana gedərək, pulu tələb edib. Namaz pulunu ödəyəcəyini bildirsə də, tərəflər arasında mübahisə yaranıb və Adil Namazı söyüb.
Hadisədən bir gün sonra Namaz Ağstafada spirtli içki qəbul etdikdən sonra gecə saat 4 radələrində Qazaxdakı bazara gedərək yenidən Adillə rastlaşıb və mübahisə başlayıb. Nəticədə Namaz özü ilə gətirdiyi bıçaqla Adilə bir neçə zərbə endirib və hadisə yerindən qaçıb.
Polis tərəfindən Ağstafa rayonunda saxlanılan Namaz Qədiməliyev barəsində cinayət işi başlanıb və həbs qətimkan tədbiri seçilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 Oktyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















