Qazaxıstan: Dünyəvilik milli birliyin və ictimai sülhün əsas təminatçısıdır
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyəvilik prinsipi Qazaxıstanda təkcə hüquqi anlayış deyil, eyni zamanda ədalətin, ictimai sülhün və milli birliyin etibarlı təminatçısı kimi çıxış edir.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Y.N. Aytkenov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı səsləndirib.
O, çıxışında Qazaxıstan Parlamenti Senatının Sədri və Dünya və Ənənəvi Dini Liderlərin Qurultayının Katibliyinin rəhbəri Maulen Saqatxanulı Aşimbayevin Forum iştirakçılarına salamlarını və ehtiramını çatdırıb, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib.
Deputat bildirib ki, Qazaxıstan Azərbaycanda vətəndaşların rifahının yüksəldilməsinə və davamlı inkişafa yönəlmiş islahatları böyük maraqla izləyir. Onun sözlərinə görə, Qazaxıstan müstəqilliyin ilk illərindən etibarən Azərbaycanla dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verib və bu kurs bu gün də uğurla davam etdirilir.
Y.N. Aytkenov qeyd edib ki, Qazaxıstan vicdan azadlığının təmin olunduğu, dinlərarası razılaşmanın ictimai sülhün və milli birliyin əsasını təşkil etdiyi polietnik və çoxkonfessiyalı dövlətdir. Vurğulanıb ki, dövlətin dünyəvi quruluşu Qazaxıstan xalqının mühüm tarixi nailiyyətlərindən biridir.
O xatırladıb ki, Qazaxıstanda dövlət-din münasibətlərinin hüquqi əsasları hələ 1992-ci ildə qəbul edilmiş “Vicdan azadlığı və dini birliklər haqqında” Qanunla müəyyən olunub, 2011-ci ildə isə bu qanun müasir çağırışlara uyğun olaraq yenilənib. Dövlət dini birliklərin muxtariyyətinə hörmətlə yanaşır və qanun çərçivəsində hər bir vətəndaşın dünyagörüşü seçimi azadlığını təmin edir.
Deputat diqqətə çatdırıb ki, Qazaxıstan dinlərarası dialoqun inkişafı istiqamətində beynəlxalq təşəbbüslərlə fəal çıxış edir və bu sahədə əsas platformalardan biri Dünya və Ənənəvi Dini Liderlərin Qurultayıdır. Bildirilib ki, 2003-cü ildən bu günədək səkkiz belə Qurultay keçirilib və Astana sammiti qlobal dialoq üçün unikal platformaya çevrilib.
Çıxışda vurğulanıb ki, 17-18 sentyabr 2025-ci il tarixlərində Astanada keçirilən Dünya və Ənənəvi Dini Liderlərin VIII Qurultayında 59 ölkədən 96 nümayəndə heyəti iştirak edib, Qurultay çərçivəsində Gənc Dini Liderlərin II Forumu və dini obyektlərin qorunmasına həsr olunmuş xüsusi sessiyalar təşkil edilib.
Sonda Y.N. Aytkenov Azərbaycan nümayəndələrinin Qurultaylarda fəal iştirakına görə minnətdarlığını bildirib, Forumun dinlərarası razılaşma sahəsində beynəlxalq təcrübənin zənginləşdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib və iştirakçıları qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 24 Dekabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















