Qazaxıstan logistikanın rəqəmsallaşdırılması üzrə hökumətlərarası işçi qrupu yaradır
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Astana, 16 may, AZƏRTAC
Qazaxıstanın Rəqəmsal İnkişaf Nazirliyi nəqliyyat-logistika sektorunun rəqəmsal transformasiyası üzrə hökumətlərarası layihə qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Qrupa rəqəmsallaşdırma naziri Jaslan Madiyev sədrlik edəcək.
AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, qrupun əsas məqsədi tranzit və multimodal daşımaların səmərəliliyinin artırılması, inzibati maneələrin aradan qaldırılması və rəqəmsal infrastrukturun inkişafına yönəlmiş sistemli rəqəmsal həllərin hazırlanmasıdır.
Layihə qrupunun əsas vəzifələrinə logistika sahəsində biznes proseslərin yenidən qurulması, mövcud informasiya sistemlərinin təhlili və inteqrasiyası, normativ-hüquqi bazada dəyişikliklərin işlənməsi, İT infrastrukturunun hazırlanması, beynəlxalq qabaqcıl təcrübələrin tətbiqi və digər məsələlər daxildir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 16 May 2025 02:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















