ABŞ da istehsalçı inflyasiyası əvvəlki aya nisbətən bir qədər artıb
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da istehsalçı inflyasiyası noyabr ayında enerji qiymətlərinin artması ilə əlaqədar olaraq əvvəlki aya nisbətən bir qədər artıb.
Banco.az xəbər verir ki, ABŞ-ın Əmək Statistikaları Bürosunun (BLS) məlumatlarına görə, istehsalçı qiymətləri indeksi (İQİ) aylıq əsasda 0,2 faiz artaraq proqnozlara paralel olub. İQİ əvvəlki ay 0,1 faiz artmışdı. İllik əsasda isə İQİ 3 faiz yüksələrək 2,7 faizlik gözləntiləri üstələyib.
Məlumatlar federal hökumətin 43 gün davam edən bağlanması səbəbindən gecikmə ilə açıqlanıb. Qida və enerji qiymətlərini əhatə etməyən əsas (baza) İQİ əvvəlki aya nisbətən dəyişməz qalıb, 2024-cü ilin noyabr ayı ilə müqayisədə isə 3 faiz artıb.
İstehsalçı inflyasiyasına dair bu göstəricilər, çərşənbə axşamı açıqlanan və dekabr ayında əsas istehlakçı inflyasiyasının proqnozlardan daha az artdığını, qiymət artım tempinin yavaşladığını göstərən hesabatdan sonra dərc olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 14 Yanvar 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















