Icma.az
close
up
RU
Qazaxıstanda türk dövlətlərində seçki sistemlərinin inkişafı müzakirə olunub

Qazaxıstanda türk dövlətlərində seçki sistemlərinin inkişafı müzakirə olunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astana, 15 may, AZƏRTAC

Türküstan şəhərində “Türk dünyası: seçki sistemlərinin inkişaf ənənələri, təcrübəsi və perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC Qazaxıstanın Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, plenar iclas zamanı qurumun sədri Nurlan Abdirov beynəlxalq seçki əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Türküstan şəhərinin türk dünyasının birliyinin rəmzi kimi tarixi və mənəvi əhəmiyyətindən danışıb, konstitusiya islahatları kontekstində Qazaxıstanın seçki sistemindəki dəyişikliklər haqqında məlumat verib.

Qazaxıstanın elm və ali təhsil naziri Səyasət Nurbek, Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyev, həmçinin Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistanın mərkəzi seçki qurumlarının rəhbərləri konfrans iştirakçılarına müraciət ediblər. Çıxış edənlər seçki sistemlərinin təcrübə mübadiləsi və ənənəvi əsaslarının qorunmasının əhəmiyyətini qeyd ediblər.

Konfrans çərçivəsində türk dövlətlərində seçki sistemlərinin inkişafına dair peşəkar dialoq, həmçinin konstruktiv və səmərəli fikir mübadiləsi aparılıb. Tədbirin nəticələri TDT-yə üzv ölkələrdə qanunverici bazanın və seçki sistemlərinin inkişaf təcrübəsinin daha da təkmilləşdirilməsinə töhfə verəcək.

Konfransın yekununda qəbul edilmiş Türküstan Bəyannaməsində iştirakçılar demokratik institutların və seçki proseslərinin gücləndirilməsinə dair ortaq sadiqliklərini ifadə ediblər. Bildirilib ki, bu konfrans türk dövlətlərindən olan alimlərin və ekspertlərin seçki sistemlərinin təkmilləşdirilməsi və vətəndaşların onlara etimadının artırılması ilə bağlı aktual məsələlərin müzakirəsinə daha fəal şəkildə cəlb olunmasına yeni təkan verəcək.

Bundan əlavə, konfrans iştirakçıları TDT-yə üzv ölkələrin səlahiyyətli qurumlarına seçki prosesi sahəsində birgə elmi tədqiqatların və elmi-praktik tədbirlərin təşviq olunması ilə bağlı tövsiyələr veriblər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 05:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri