Qazaxıstanın xarici işlər nazirinin müavini: Bu faciə bizim ümumi ağrımızdır AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Astana, 26 dekabr, AZƏRTAC
Bu faciə bizim ümumi ağrımızdır, çünki Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olanlar arasında Qazaxıstan vətəndaşları da var.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib.
“Biz ümid edirik ki, yaralılar tezliklə tam sağalıb ailələrinə qayıda biləcəklər. Biz bunun üçün əlimizdən gələni edirik”, - deyə o vurğulayıb.
Nazir müavini Aktauda yardım göstərən, o cümlədən qan verən qazaxıstanlılara minnətdarlığını bildirib, həmçinin Fövqəladə Hallar, Səhiyyə nazirliklərinin və yerli administrasiyanın operativ fəaliyyətini qeyd edib.
Roman Vasilenko faciə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verərək deyib: “Biz birlikdə kədərlənirik”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 26 Dekabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















