“Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir Siyahı
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qazprom” investisiyaların həcminə görə ən böyük Rusiya şirkətlərinin “Forbes” reytinqində birinci yeri tutub.
Yeniavaz.com xəbər verir ki, şirkətin 2023-cü ildə investisiyası 2,5 trilyon rubl təşkil edib.
Siyahıda ikinci yeri “Rosneft” neft şirkəti (1,3 trilyon rubl) tutub. İlk üçlüyü Rusiya Dəmir Yolları tamamlayıb. Şirkət investisiya xərclərini 1,26 trilyon rubla qədər artırıb ki, bu da 2003-cü ildə holdinqin yaradılmasından bəri ən yüksək nəticədir.
Ən böyük investor şirkətlər onluğuna həmçinin, “Atomenerqoprom” (753,5 milyard rubl), “Rosseti” (468,9 milyard rubl), “Transneft” (271,8 milyard rubl), “Surqutnefteqaz” (265 milyard rubl), “Norilsk Nikel” (264,2 milyard rubl), “Tatneft” (263,3 milyard rubl) və “Moskva Metropoliteni” (239,1 milyard rubl) daxildir.
Nəşrin məlumatına görə, reytinqdə iştirak edən 70 şirkətin ümumi investisiyaları 2023-cü ildə 25% artaraq 12,06 trilyon rubla çatıb.
Reytinqdə yer alan şirkətlər 2023-cü il üçün investisiyaların həcminə görə sıralanıb ki, onların məbləğində əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması, nəzarət olunmayan payların geri alınması, birgə müəssisələrə və assosiasiyalı şirkətlərə investisiyalar, habelə yeni bizneslər nəzərə alınıb.
Məlumat mənbəyi kimi, nəşr şirkətlər tərəfindən dərc olunan maliyyə və ya mühasibat hesabatlarını, həmçinin Federal Vergi Xidməti və Rosstat məlumatlarını əsas götürüb.
Bu mövzuda digər xəbərlər:ABŞ “Forbes”in milyarderlər reytinqinə başçılıq edir
01 Aprel 2025 20:26
İlon Mask Forbes in dünyanın ən varlı adamlarının siyahısına başçılıq edir
02 Aprel 2025 07:41
Bakıda vergidən yayınan tikinti şirkətləri.. Siyahı
05 Dekabr 2024 17:24
4 yaşlı bloger Forbes reytinqinə düşdü
21 May 2025 12:07
Klub prezidenti “Forbes”in milyarderləri arasında
02 Aprel 2025 15:56
Baxış sayı:123
Bu xəbər 18 Noyabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















