Icma.az
close
up
RU
Qəbir yerləri bahalaşır: neçə nəfəri bir qəbirdə dəfn etmək olar? Açıqlama

Qəbir yerləri bahalaşır: neçə nəfəri bir qəbirdə dəfn etmək olar? Açıqlama

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İslam dininə görə, insan həyatda olduğu kimi, vəfat etdikdən sonra da ehtirama layiqdir. Son zamanlar qəbiristanlıqlarda yerlərin məhdud olması və dəfnin baha olması səbəbindən, bir çox insanlar  öldükdən sonra yaxınlarının məzarında  dəfn olunmasını  vəsiyyət edir. Bəs bir neçə nəfəri bir qəbirdə dəfn etmək olarmı? İslam dininin qaydaları buna icazə verirmi? 

Bu barədə Moderator.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov deyir ki, İslamın dəfn qaydalarına əsasən, bir qəbirdə bir nəfərin dəfn edilməsi əsas qaydadır:

 “Lakin bəzi istisna hallar mövcuddur. Məsələn, döyüşlərdə və ya kütləvi ölümlər baş verdikdə, birdən çox insanın eyni qəbirdə dəfn edilməsi mümkündür. Bunun tarixi nümunələri vardır. Peyğəmbərimiz (s.ə.s.) Uhud döyüşündə şəhid olan səhabələri bir məzarda dəfn etməyə icazə vermiş və hətta bəzi şəhidlərin hansının əvvəl dəfn olunacağına dair qaydalar təyin etmişdir. Bu, məcburi hallar üçün nəzərdə tutulmuş bir güzəştdir.

Lakin adi hallarda, məzar açılaraq yeni bir şəxsin həmin yerdə dəfn edilməsi yalnız o halda icazəli hesab olunur ki, əvvəlki cəsəd tamamilə çürümüş və torpağa qarışmış olsun. Əgər hələ insan cəsədinin qalıqları mövcuddursa, bu zaman həmin məzarın yenidən istifadə olunması İslam qaydalarına uyğun sayılmır. Məzarların qorunması və ölülərə ehtiram göstərilməsi müsəlmanların mənəvi borcu hesab edilir”.

Ə.Həsənov vurğulayıb ki, maddi çətinliklər və qəbiristanlıq yerlərinin baha olması səbəbindən bir qəbirdə bir neçə nəfərin dəfn edilməsi məsələsinə diqqətlə yanaşılmalıdır:

 “Əgər əvvəlki cəsəd tamamilə torpağa qarışmışsa, bu, dini baxımdan mümkün hesab edilə bilər. Lakin insanın sadəcə ailə üzvləri ilə eyni qəbirdə dəfn olunmaq istəməsi, cəsədin tam çürümədiyi halda məzarın açılmasına səbəb olmamalıdır. Məzarlar ölülərin istirahət yeri sayılır və bu istirahətin pozulmaması əsas prinsip olaraq qəbul edilir”.

İlahiyyatçı onu da  əlavə edib ki, bir insanın yaxınlarının yanında dəfn olunmasını istəməsi təbii bir arzu olsa da, bunun dini və axirət baxımından xüsusi bir təsiri yoxdur:

 “İslam inancına görə, insanın axirət taleyi onun hansı məzarlıqda dəfn olunması ilə deyil, imanına, əməllərinə və Allaha olan itaətinə bağlıdır. Bu baxımdan, dəfn yerinin ruhun vəziyyətinə və axirət taleyinə birbaşa təsiri yoxdur. Bununla belə, müsəlmanlar üçün qəbiristanlıqların abad saxlanılması, ziyarət edilməsi və ölülərə duaların oxunması önəmlidir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qəbir yerindən təkrar istifadə şərtləri yer alıb. Qanuna görə , qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsinə yalnız dəfndən 25 il müddət keçdikdən sonra yol verilir.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Fevral 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri