Icma.az
close
up
RU
Yaşıllıqları məhv edən vəzifəli şəxs cərimələndi FOTO

Yaşıllıqları məhv edən vəzifəli şəxs cərimələndi FOTO

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Mingəçevirdə 20 yanvar küçəsində tikinti işləri aparılan ərazidə ağaclar qeyri-qanuni şəkildə kəsilərək yaşıllıqlar məhv edilib.

"Unikal" xəbər verir ki, ekoloqlar qanun pozuntusu ilə əlaqədar müvafiq addımlar atıb.  8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları prosesin gedişatına müdaxilə edərək onu dayandırıb.

Regional İdarə rəsmiləri qeyd edib ki, onlar qeyri-qanuni ağac kəsiminin tikinti işlərinə məsul olan  iş icraçısı Abdullayev Vüqar Kamil oğlunun tapşırığı əsasında həyata keçirildiyini müəyyən edib. Ərazidə  qanunsuz olaraq 5 ədəd sərv  və 1 ədəd meliya ağacı kəsilərək məhv edilib. Yaşıllıqların məhv edilməsinə məsul olan Vüqar Abdullayev barəsində müvafiq akt və protokol tərtib olunub.Yaşıllıqlara dəymiş ziyan və tikinti altına düşməsi faktı nəzərə alınmaqla 4200 manat cərimə tətbiq olunub.Həmçinin Vüqar Abdullayev vəzifəli şəxs qismində qeyri-hüquqi davranış sərgilədiyi  üçün əlavə olaraq 4000 manat cərimə olunub.

Digər inzibati hüquqi tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsində ağacların kəsilməsi faktı üzrə Şəhər Polis Şöbəsində prosessual araşdırma aparılır. 

Araşdırmanın nəticəsi üzrə zəruri tədbirlər görüləcəkdir.

Ehtiram Muradov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Oktyabr 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see316

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see228

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see208

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see203

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see199

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see193

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see161

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see154

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see134

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see134

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see133

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see133

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see133

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see132

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see130

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see129

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see126

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see126

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see124

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri