Icma.az
close
up
RU
Qərb bölgəsinin ağsaqqalları gəncədə toplaşdılar FOTOLAR

Qərb bölgəsinin ağsaqqalları gəncədə toplaşdılar FOTOLAR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycan Ağsaqqallar Şurasının Gəncə şəhərində ağsaqqalların və gənclərin Qərbi azərbaycanlılara dəstəyi devizi ilə “Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusuna həsr edilmiş regional konfransında ölkəmizin qərb bölgəsi – Gəncə, Qazax, Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux, Tovuz, Göygöl, o cümlədən Kəlbəcər rayonu üzrə Azərbaycan Ağsaqqallar Şurasının, Qərbi Azərbaycan İcmasının, YAP-ın və gənclər təşkilatlarının üzvləri, ağsaqqallar, ziyalılar, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Modern.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin binasında baş tutan regional konfransda Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açaraq konfrans iştirakçılarını salamlayan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlarından və hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsindən söz açıb. Ağsaqqalların gənclərlə apardığı işləri yüksək qiymətləndirərək bildirib ki, günümüzün aparıcı qüvvəsi olan gənclərlə birlikdə ağsaqqalların Qərbi Azərbaycana qayıdış məsələsində fəal iştirakı mühüm əhəmiyyət kəsb edir.

Konfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev Azərbaycan Ağsaqqallar Şurasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən regional konfransı Qərbi Azərbaycana qayıdış istiqamətində növbəti uğurlu addım hesab edərək ölkəmiz üçün əhəmiyyətli olan bu işə hər vətəndaşımızın dəstək olmasının zəruriliyini vurğulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hər zaman prioritet və aktual hesab edilən Qərbi Azərbaycan məsələsinin bu gün möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin öz uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdiyini vurğulayıb. Qeyd edib ki, dövlət başçısının böyük diqqət ayırdığı bu prosesdə biz ağsaqqallar və gənclər də bütün imkanlarımızla yaxından iştirak etməli, xüsusilə informasiya müharibəsində üstünlük qazanmalı, Qərbi azərbaycanlıların haqq səsini beynəlxalq aləmə çatdırmalıyıq. Bu, bizim mənəvi borcumuzdur. Natiq Qərbi Azərbaycana qayıtmağımızla bağlı Ulu Öndər Heydər Əliyevin tarixi fikrini tədbir iştirakçılarının diqqətinə çatdıraraq bir daha əmin olduğunu bildirib ki,  Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə biz Qərbi Azərbaycana mütləq qayıdacağıq!

Regional konfransda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri,  akademik Fuad Əliyev, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, Qərbi Azərbaycan İcmasının üzvü, tanınmış alim Bayram Apoyev, Qərbi Azərbaycan İcmasının Gəncə nümayəndəsinin müavini Arifə Əhmədova və başqaları çıxış edərək yüz minlərlə Qərbi azərbaycanlıların haqlarının bərpası və onların öz ata-baba yurdlarına qayıdışının həyata keçirilməsi üçün böyük işlər görüldüyünü vurğulayıblar. Qeyd ediblər ki, öz tarixi torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurd-yuvalarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə hər bir təşkilat, hər bir vətəndaşımız əlindən gələni etməlidir.

Tədbirin sonunda Fuad Əliyev Gəncə Şəhər Ağsaqqallar Şurası tərəfindən səmərəli fəaliyyətinə görə və 75 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif olunub. Gəncə Şəhər Ağsaqqallar Şurasının qadın üzvlərinə üzvlük vəsiqələri təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Fevral 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see300

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see205

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see186

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see156

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see123

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see120

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see120

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri