Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Samiq Sadıxov vəzifəsindən azad edildi

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

525ci qəzet Qərb bölgəsinin biomüxtəlifliyin qorunmasına dair Gəncədə respulika elmi konfransı keçirilib

525ci qəzet Qərb bölgəsinin biomüxtəlifliyin qorunmasına dair Gəncədə respulika elmi konfransı keçirilib

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

AMEA-nın  Gəncə Bölməsində Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və onun Gəncədə yerlşən Nəbatat Bağı tərəfindən  “Azərbaycanın Qərb bölgəsinin biomüxtəlifliyi: Mövcud yanaşmaların və gələcək imkanların nəzərdən keçirilməsi” mövzusunda respublika elmi konfransı keçirilib.

525.az xəbər verir ki, konfrans “Yaşıl Dünya naminə Həmrəylik İli”nə və COP29-a həsr edilib.

Elmi foruma Gəncə ilə yanaşı, Bakı və Naxçıvanın elmi-tədqiqat və ali təhsil ocaqlarını təmsil edən alim və tədqiqatçılar iştirak ediblər.  

Tədbirdən əvvəl Gəncədə fəaliyyətləri ekoloji məsələlər ilə bağlı olan  elmi qurumların  nailiyyətlərinə həsr olunan sərgiyə baxış keçirilib.
AMEA-nın Gəncə Bölməsinin böyük akt salonunda keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü naminə canlarından keçmiş Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

Konfransın aparıcısı, AR ETN Nəbatat Bağının Bitki ehtiyatları şöbəsinin müdiri, professor Aynur Bayramova Gəncə alimləri adından tədbirə qatılan qonaqlara minnətdarlıq edib. O, konfransın proqrqmının zəngin olduğunu, Respublikanın istər qərb, istərsə də digər bölgələrində insan həyatı və fəaliyyəti üçün vacib olan ekoloji məsələlərin həllinə aid aktual mövzuları əhatə etdiyini vurğulayıb.  

Respublika konfransını giriş sözü ilə açarkən, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iştirakçıları salamlayıb. O,  2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsinin ölkəmizin beynəlxalq arenada daha bir uğuru kimi dəyərləndirərək, qlobal ekoloji və iqlim dəyişiklikləri problemləri ilə mübarizədə ölkəmizin nüfuzlu söz və əməl sahibinə çevrildiyinə diqqət çəkib. Akademik Fuad Əliyev alim və tədqiqatçılarımızı müasir dünyanı təhdid edən ekoloji problemlərinin həllinə öz töhfələrini verməyə çağırıb və bu konfransın işinə uğurlar arzulayıb.

Əvvəlcə AMEA-nın Gəncə Bölməsi tərəfindən hazırlanan, bu şəhərdə fəaliyyət göstərən elmi-tədqiat müəssisələrinin, o cümlədən Nəbatat Bağının bölgəmizin ekoloji problemlərinin həlli istiqamətində fəaliyyətləri haqda qısa film nümayiş etdirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov  çıxışı zamanı konfrans iştitakçılarına  Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını və bu mötəbər elmi forumun işinə uğur diləklərini çatdırıb. O,  hazırki konfransın respublikamızın ev sahibliyi etdiyi, iqlim dəyişikliklərilə mübarizə üzrə uğurla başa çatmış COP29-un mövzuları ilə səsləşdiyini diqqətə çatdıraraq, alimlərimizin təbiətin və biomüxtəlifliyin  qorunmasına töhfə verdiklərini qeyd edib.

GDU-nun Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, AR ETN Nəbatat Bağının (Gəncə) direktoru Nizami Nağıyev, GDU-nun Ekologiya və ətraf mühitin mühafizəsi kafedrasının müdiri, professor Sevda Əhmədova,  AR ETN Bioresurslar İnstitutunun direktoru, dosent İmran Qasımov, AR ETSN Göygöl Milli Parkının direktoru Fuad Quliyev, AR KTN Azərbaycan Dövlət Aqrar Universitetindən professor Nizami Seyidəliyev, AR ETN Bitki Mühafizə və Texniki Bitkilər ElmiTədqiqat İnstitutundan professor Ələddin Tağıyev, Naxçıvan Nəbatat Bağının şöbə müdiri,biologiya üzrə fəlsəfə doktoru Teyyub Paşayev çıxış ediblər. Onlar konfransın məram və məqsədlərinə aid olan, istər ölkəmizdə, istərsə də qlobal miqyasda ətraf mühitin tarazlığını poza bilən, müasir dövrün xüsusiyyətlərindən yaranmış həlli vacib problemlərlə mübarizə naminə alimlərin səylərini birləşdirmyin zəruriliyi haqda danışıblar.

Daha sonra konfrans 6 istiqamət üzrə - “Dərman əhəmiyyətli faydali bitkilərinin öyrənilməsi və səmərəli istifadə olunmasi yolları”, “Azərbaycanin qərb bölgəsinin bioloji müxtəlifliyinin müasir vəziyyəti və səmərəli istifadə”, “Nadir və nəsli kəsilməkdə olan bitkilər və müasir biotexnologiya”, Biomüxtəlifliyin qorunmasinda introduksiya və reintroduksiya”, “Qlobal iqlim dəyişkənliyi və onun floraya təsiri” və “Ölkə ərazisində yaşilliğin qorunmasinda landşaft dizayninin müasir vəziyyəti” bölmələri üzrə öz işini davam etdirib.

“Azərbaycanın Qərb bölgəsinin biomüxtəlifliyi: Mövcud yanaşmaların və gələcək imkanların nəzərdən keçirilməsi” mövzusunda respublika elmi konfransına 40-dan çox elmi məqalə təqdim olunub.

Zakir Muradov, Gəncə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see321

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see263

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri