Icma.az
close
up
RU
Qərb mediası Okamponu ifşa edir

Qərb mediası Okamponu ifşa edir

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Böyük Britaniyanın  “Daily Express” nəşri keçmiş prokuror haqqında nələr yazıb?

Hazırda Cənubi Qafqazın dayanıqlı sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün praktiki addımlar atılır. Ermənistanın Azərbaycanın sülh şərtlərini qəbul etməsi, nəticə etibarilə ötən ilin avqustunda Vaşinqton razılaşmasının əldə olunması sülh naminə ümidləri gücləndirir. Bütün bunların fonunda xaricdəki bəzi anti-Azərbaycan qüvvələr regionumuzda gərginlik yaratmaq üçün hansısa “layihələr” reallaşdırmağa çalışırlar. Onlardan biri də Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampodur. Korrupsiyalaşmış keçmişi ilə tanınan Okampo indi də revanşist erməni qüvvələrinə müzdlu lobbiçilik edir. Maddi maraqlarının girovuna çevrilmiş bu şəxs özünün çirkin əməllərindən çəkinmək istəmir. Məlumdur ki, o, xaricdəki ermənipərəst dairələr üçün qanunsuz lobbiçilik edərək ölkəmizə qarşı qərəzli kampaniyalar aparıb. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı çıxan Okampo erməniəsilli müharibə canilərinin də azadlığa buraxılması üçün Avropada “dəridən-qabıqdan” çıxıb.

Okamponun timsalında bəzi qüvvələrin Cənubi Qafqaz “planları”...

Artıq Avropada da Okamponun gerçək siması ifşa olunur. Belə ki, Böyük Britaniyanın məşhur “Daily Express” nəşri Azərbaycan-Ermənistan sülh danışıqları, müəyyən qüvvələrin bu prosesə mane olmaq cəhdləri və Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun cinayətkar, korrupsioner fəaliyyətinə həsr olunmuş araşdırma dərc edib. Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə verdiyi dəstək son dövrlərdə Cənubi Qafqazda diqqət mərkəzində olan əsas geosiyasi məsələlərdən birinə çevrilib. Vaşinqtonun vasitəçilik təşəbbüsləri, regional kommunikasiyaların açılması istiqamətində irəli sürdüyü layihələr və tərəflər arasında etimadın gücləndirilməsinə yönəlmiş addımlar bölgədə uzunmüddətli sabitliyin formalaşmasına xidmət edir. Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması yalnız iki dövlət üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün strateji əhəmiyyət daşıdığı xüsusi vurğulanır.

“Daily Express”in yazdığına görə, Okamponun timsalında bəzi qüvvələr Cənubi Qafqaz ətrafında dəfələrlə diskreditasiya olunmuş ritorikasını yenidən informasiya məkanına qaytarmağa çalışırlar. Maraqlıdır ki, Tramp administrasiyası Cənubi Qafqazı xarici siyasətin mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirir - xüsusilə Rusiyanın regionda mövqelərinin nəzərəçarpacaq dərəcədə zəifləməsi fonunda. Vaşinqton danışıqlarda əldə edilmiş tərəqqini möhkəmləndirməyə çalışır və uzunillik münaqişənin yekun həllini dəstəkləyir. Məqalədə xüsusi vurğulanır ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi son illərdə keyfiyyətcə yeni mərhələyə keçib. Söhbət artıq münaqişəni dondurma cəhdlərindən deyil, sərhədlərin delimitasiyasını, kommunikasiyaların bərpasını və regional əməkdaşlığın inkişafını əhatə edən tamhüquqlu sülh arxitekturasının formalaşdırılmasından gedir.

Yazıda, eyni zamanda britaniyalı parlamentarilərin azad olunmuş ərazilərdə “erməni mədəni irsinin məhv edilməsi”nə həsr olunmuş son “araşdırması” da tənqid edilib. Müəllif qeyd edir ki, dinləmələr birtərəfli xarakter daşıyıb, çünki dəvət edilmiş çıxışçılar arasında Azərbaycanın heç bir nümayəndəsi yox idi, bütün iştirakçılar isə ermənipərəst və rusiyayönümlü mövqeləri təmsil ediblər. Bu fonda Okamponun fəaliyyəti xüsusilə göstəricidir - o, 44 günlük müharibənin başa çatmasından sonra “soyqırım” və “etnik təmizləmə” haqqında siyasiləşdirilmiş və açıq-aşkar spekulyativ tezislərin ən fəal yayıcılarından birinə çevrilib. Onun bəyanatları dəfələrlə həm beynəlxalq ekspertlər, həm də hüquq ictimaiyyəti tərəfindən sübut bazasının olmamasına və beynəlxalq hüququ siyasi fəallıqla əvəzləmə cəhdlərinə görə tənqid edilib. Və məhz bu kontekstdə Okamponun ritorikası reallıqdan getdikcə daha çox uzaqlaşmış görünür. Keçmiş prokuror köhnə siyasi tezisləri yaymağa davam edərkən, beynəlxalq diplomatiya artıq gələcək sülh sazişinin parametrlərini və Cənubi Qafqazda uzunmüddətli sabitliyi müzakirə edir.

Korrupsioner prokuror-muzdlu erməni lobbisinin təmsilçisi

Nəzərə alaq ki, Okamponun fəaliyyəti qalmaqallar və mübahisəli məqamlarla doludur və uzun illərdir beynəlxalq hüquq və siyasi dairələrdə müzakirə olunur. O, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) ilk baş prokuroru kimi tanınsa da, fəaliyyəti dövründə və sonrakı illərdə müxtəlif ittihamlar, etik suallar və qərəzlilik iddiaları ilə gündəmə gəlib. Son illərdə isə Okampo Azərbaycan-Ermənistan münaqişəsi kontekstində hazırladığı hesabatlarla yenidən diqqət mərkəzinə düşüb. O, 2023-cü ildə Qarabağda ermənilərə qarşı qondarma “soyqırımı təhlükəsi” ilə bağlı hesabat hazırlamışdı. Azərbaycan tərəfi və bir sıra beynəlxalq hüquq ekspertləri həmin sənədi qərəzli, hüquqi əsaslardan məhrum və siyasi xarakterli hesab edərək sərt tənqid etmişdilər. Britaniyalı hüquqşünas Rodni Dikson və digər ekspertlər Okamponun nəticələrinin beynəlxalq hüququn tələblərinə uyğun olmadığını bildirmişdilər.

Aprel ayında isə Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru, Luis Moreno Okamponun qalmaqallı videosunun yayılması da onun “məqsədlərindən” xəbər verirdi. Okampo anlayır ki,  artıq Azərbaycana qarşı təzyiqlər heç bir nəticə vermir. Çünki Azərbaycan torpaqlarını işğaldan azad edib, beynəlxalq ticarətin inkişafı üçün Orta Dəhliz kimi Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizi formalaşdırıb. Eləcə də, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu daha da artır. Ona görə də, Luis Moreno Okampo kimi ermənipərəst lobbiçilər artıq Azərbaycanı deyil, Ermənistan hakimiyyətini də hədəfə almağa başlayıblar. Korrupsioner Okampo sözügedən  ictimailəşmiş videodakı çıxışında Avropa strukturlarındakı siyasi korrupsiyanı ifşa edir və özünün də qanunsuz lobbiçiliklə məşğul olduğunu etiraf edirdi. “Okamponun və onun oğlu Tomasın ifşa olunan video-kadrları Avropa qurumlarında kök atmış siyasi korrupsiyanın göstəricisidir. Keçmiş prokuror kadrlarda bildirirdi ki, erməni lobbisinin əsas məqsədi Ermənistanda baş nazir Paşinyanı devirməkdən ibarətdir. Korrupsioner prokuror Avropa strukturlarının Ermənistanda əhalini kütləvi etirazlara səsləməklə yanaşı, Avropa Parlamentindəki adamları vasitəsilə Ermənistana siyasi təzyiqlər etmək üçün işlərin aparıldığını bildirir.  Onun Avropa Parlamentinin keçmiş prezidenti, Aİ-nin xarici siyasət üzrə keçmiş ali nümayəndəsi  Jozep Borrelin adını çəkərək - “bizim Avropa strukturlarında J. Borrel kimi adamımız var”, deməsi və bu kimi adamların köməkliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının lazımlılığını vurğulaması təxribatçı planlardan xəbər verir.

Britaniya nəşrinin məqaləsinə gəlincə, Qərb KİV-ləri getdikcə daha çox tamamilə fərqli formada - diplomatiya, danışıqlar və Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülh perspektivləri haqqında materiallar dərc edir. “Daily Express” nəşrinin dərc etdiyi məqalə də Okamponun timsalında bəzi qüvvələrin hər vəchlə Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə mane olmaq cəhdlərini üzə çıxarır. Azərbaycan və Ermənistan arasında uzun illər davam edən qarşıdurmadan sonra regionda davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar Cənubi Qafqaz üçün yeni geosiyasi reallıq formalaşdırır. Tərəflər arasında sülh sazişinin imzalanması perspektivinin gücləndiyi bir dövrdə bəzi beynəlxalq dairələrin və ayrı-ayrı şəxslərin bu prosesi ləngitmək, yaxud tamamilə pozmaq cəhdləri daha aydın görünməyə başlayır. Məhz bu kontekstdə Böyük Britaniyanın nüfuzlu “Daily Express” nəşrində dərc olunan məqalə keçmiş Beynəlxalq Cinayət Məhkəməsi prokuroru Luis Moreno Okampo ətrafında yaranan qalmaqalları və onun regionla bağlı fəaliyyətini təhlil edərək, sülh prosesinə mane olmaq istəyən qüvvələrin fəaliyyətinə işıq salır.

Sülh prosesini zəiflətmək cəhdləri

Nəşrdə dərc olunan məqalə göstərir ki, Okamponun timsalında ortaya çıxan qalmaqallar təkcə bir şəxsin fəaliyyəti ilə məhdudlaşmır. Bu hadisələr sülh prosesini zəiflətmək istəyən dairələrin fəaliyyət mexanizmlərini də üzə çıxarır. Məqalənin əsas mesajı ondan ibarətdir ki, Cənubi Qafqazda davamlı sülhün əldə olunması üçün regiondakı proseslərə kənardan müdaxilə cəhdləri və siyasi manipulyasiyalar obyektiv şəkildə qiymətləndirilməlidir.

Digər tərəfdən, beynəlxalq təşkilatların hesabatlarından da görünür ki, Avropa təşkilatlarında siyasi korrupsiya artmaqdadır və 2023-2025-ci illərdə ən yüksək səviyyəyə çatıb. Müxtəlif dövlətlərin Avropa qurumlarında mənafeyini müdafiə etmək çoxdandır ki, korrupsiya mənbəyinə çevrilib. Bununla əlaqədar həbslər və məhkəmə araşdırmaları da keçirilib. Bu mənada, Aİ-nin rəhbərliyində təmsil olunmuş, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olmuş şəxslər insan hüquqlarından, demokratiyadan, qanunlardan dəm vursalar da, əslində korrupsiya ilə məşğuldurlar. Onlar anlamalıdır ki, artıq Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa edən Azərbaycan beynəlxalq müstəvidə söz sahibinə çevrilib. Ermənistan hakimiyyəti də reallığı qəbul etmək məcburiyyətindədir. Dünya ölkələri isə Azərbaycanın yaratdığı reallıqlarla hesablaşırlar.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 İyun 2026 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see280

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see263

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see262

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see252

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see231

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see226

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see202

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see199

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see193

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see193

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see193

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see187

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see184

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see184

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see183

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see178

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see178

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see173

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see170

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri